Rayonlarda yağış yağacaq, dağlıq ərazilərə dolu düşəcək

10.09.2016 16:36     Sosreaksiya     855

Sentyabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  25-29° isti,Bakıda gecə  20-22° isti, gündüz  25-27° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 763  mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.               
 
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz  15-20° isti olacağı gözlənilir.
 
 
 

Şərhlər

Çox oxunanlar