Bakıda qurbanlıq heyvanların satışa çıxarılacağı ünvanlar açıqlanıb - SİYAHI
10.09.2016 20:10 Sosreaksiya 850
Sentyabrın 12-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.
Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;
Xətai rayonu
- "Nargilə" kafesinin yanı;
Qaradağ rayonu
- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı;
Yasamal rayonu
- Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti;
Şərhlər