Azərbaycanda internetin ucuzlaşacağı gözlənilir
11.09.2016 17:25 Sosreaksiya 1318
Azərbaycanda internet xidmətlərinə görə tariflərin növbəti dəfə azalacağı gözlənilir.
Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, bu barədə qərar artıq qəbul edilib və ilin sonuna tariflərin azalmasını gözləmək olar.
Tariflərin nə qədər azalacağına dair təfərrüatlar hələ açıqlanmır. Lakin internet xidməti tədarükçülərinin daha əvvəl tətbiq edilən təcrübədən istifadə edəcəkləri istisna olunmur.
Söhbət təklif edilən paketdə internet-trafikin həcminin artırılması fonunda tarif həddinin saxlanılmasından gedir.
Şərhlər