Mehriban Əliyeva xəstə rejissora sahib çıxdı

12.09.2016 14:53     Sosreaksiya     1012

Heydər Əliyev Fondu xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadənin ilkin müalicəsinə yardım göstərəcək.
 
Bu barədə Trend-ə Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər.
 
Klinikadan deyilib ki, leykozun kəskin forması diaqnozu qoyulan Ş.Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub. Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcək.
 
Məlumatı Heydər Əliyev Fondu təsdiq edib.
 
 
 

Şərhlər

Çox oxunanlar