Lənkəran və Ağstafada hərbi sursat aşkarlanıb
12.09.2016 17:21 Sosreaksiya 1612
Lənkəran və Ağstafada hərbi sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Xətai kəndi ərazisindən 2 ədəd top mərmisi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindəki dəniz kənarında 4 ədəd tank əleyhinə mina tapılaraq ANAMA-nın əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Şərhlər