Sabunçu rayon icra hakimiyyətinə "şəhərsalma və tikinti" DƏRSİ - ETİRAZ

12.09.2016 23:28     Sosreaksiya     1385

İcra hakimiyyətlərinin özbaşınalığı o həddə çatıb ki, vətəndaşlardan öz evlərində yer belləməyə, yatıb-durmağa da icazə(oxu:rüşvət) tələb olunur. Belə çıxır, ölkədə icra hakimiyyətinin başında dayanan Prezidentin fərmanlarından,imzaladığı qanunlardan,verdiyi tapşırıqlardan onun tabeçiliyində olan məmurlar soraqsızdır.Odur ki,icra hakimiyyətinin " icazədar"larına ölkə prezidentinin 1 saylı sözünü xatırladırıq : "Bizim başlıca vəzifəmiz xalqa xidmət etməkdir və xalqın 1 saylı xidmətçi özüməm".
 
Qarabağ əlilinə 25 il qabaq Sabunçu rayonunda Ləiş bağ massivində verilən bağ sahəsində koma tikməyə Sabunçu RİH-in" komunxoz"u Həbib və təsərrüfat şöbəsinin müdiri İsa Həsənov qohumlarından ibarət qoçu dəstəsi vasitəsilə mane olub,əlilin 3 maşın betonunu,digər materiallarını məhv ediblər ki,başçının tapşırığıdır.Fikir verin, gündüz qoyulan hörgünü bu icra reketləri gecə ilə söküb-dağıdıb,Qarabağ əlilinə 5 min manatlıq ziyan vurublar.Buna etiraz edən zavallı fəhləni isə "komunxoz" Həbib döyüb.Baş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsinin 161 "Qaynar xətti"nə edilən zənglər qeydə alınsa da,hələ də tədbir görülməyib.Sabunçu polisinin rəisi isə icra hakimiyyətinin əlaltısı rolunda çıxış edir. 2 aydır hər gün DİN-in 102 xidmətinə zəng edilsə də,hələ də ərazinin hansı bölməyə aid olması müəyyən edilməyib.
 
İcra reketləri tikintiyə icazə alınmasını tələb edirlər. Ölkə prezidentinin imzaladığı "Şəhərsalma və tikinti məcəlləsi"nin 79 (Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) və 80 (Məlumatlandırma icraatı) maddələrində isə yazılıb ki,hündürlüyü 12 metrdən yuxarı olmayan tikililərə icazə tələb olunmur.Sabunçu RİH isə vətəndaşdan öz bağında ayaqyolu tikməyə də rüşvət tələb edir ki,icazə yoxdur.Belə icazə-rüşvət qaydaları bütün icra hakimiyyətlərində hökm sürür.
 
Qarabağ əlillərinin Sabunçu RİH qarşısında etiraz aksiyası keçirmək xəbərdarlığı ilə bağlı 05.09.2016-cı ildə Sabunçu RİH-ə çağırılan Qarabağ əlillərinə başçının 1-ci müavini Güloğlan Məmmədov "bandotdel"lə"xox" gəlib ."Xox"un nədənini də təsərrüfat müdiri İsa Həsənov diqqətə çatdırıb.Heç demə,Qarabağ əlilinin Ləişdəki bağ sahəsi Nardarana yox,Kürdəxanıya aiddir.Qəribə məntiqdir,indiyə kimi Nardaranda olan bağ icazə-rüşvət tələbinə rədd cavabı veriləndən sonra yerini Kürdəxanıya dəyişib?Lap tutaq ki,belədir,Bəyəm bu vətəndaşdan icazə adına rüşvət tələb etməyə,əlilə "buldozer xidməti" göstərməyə,fəhlələri döyməyə əsas verir?   XalqXeber.Tv
 
 
 

 

Şərhlər

Çox oxunanlar