Masallıda 26 yaşlı gənc bayram günü özünü asdı

20.07.2015 12:29     Sosreaksiya     2012

Gəncin meyitini ailə üzvləri aşkar ediblər.

Masallıda intihar hadisəsi baş verib.

Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Masallı rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Çaxırlı kəndində anadan olan, Sarı Cəfərli kəndində yaşayan 1989-cu il təvəllüdlü Nəzər Behbudov özünü Ramazan bayramının ikinci günü asıb. 

Ailəsi onun asılmış meyitini iyulun 18 axşam saat 22-radələrində Çaxırlı kəndində yaşadığı evin həyətindəki yarımtikilidən aşkar ediblər. Prokurorluqdan onu da qeyd etdilər ki, özünü öldürən şəxsin ailəsi ilə heç bir problemi olmayıb. Lakin o əsəb xəstəliyindən əziyyət çəkirmiş və bu xəstəlikdən də bir müddət müalicə alıb.

 Faktla bağlı Masallı rayon Prokurorluğunda istintaq başlanıb, araşdırma davam etdirilir.

Şərhlər

Çox oxunanlar