Polis Akademiyasında andiçmə mərasimi keçirilib - FOTOLAR

13.09.2016 23:01     Sosreaksiya     1069

 Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına yeni qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş müdavimlərin andiçmə mərasimi keçirilib.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdavimlər polis andı içiblər. Kursant Mübariz Ağayev müdavimlər adından çıxış edərək bildirib ki, bu gün onların həyatında əlamətdar günlərdən biridir. 
 
Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev polis andını qəbul edən müdavimlərə daxili işlər naziri Ramil Usubovun təbrikini çatdırıb, onlara dövlətçilik ənənələrinə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinə qədər öyrənməyi tövsiyə edib.
 
 

Şərhlər

Çox oxunanlar