Bakıda 100-dən artıq orta məktəb direktoru dəyişdirilib

14.09.2016 22:55     Sosreaksiya     1003

2016-cı ildə Bakıda 22 nəfər ümumi təhsil müəssisəsinə məktəb direktor təyin edilib. Son 3 ildə Bakı məktəblərinə 69 nəfər yeni direktor, 141 nəfər yeni direktor müavini təyin edilib.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 3 ildə Bakıda 103 direktorun iş yerinin yerdəyişməsi həyata keçirilib. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Bakı şəhərindən 726 vakant yer çıxarılıb. Vakant yerlərdən 410-u ibtidai sinif müəllimi ixtisası üzrə olub. TN-nin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlardan (şəhərlərdən) 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib.

M.Vəliyeva deyib ki, son illər Bakı şəhər məktəblərində çalışan müəllimlərin əmək haqqı 11% artıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar