Pilot hamilə qadının ölümünün dəqiq səbəbləri açıqlandı

14.09.2016 23:06     Sosreaksiya     1004

Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının ölümünün dəqiq səbəbləri açıqlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, meyitin müayinəsi zamanı ağır ginekoloji xəstəlik olan preeklampsiyanın və beyinə qansızmanın ölümə səbəb olduğu aşkar edilib. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirdilər ki, ölümdə həkim səhvinin olub-olmaması hələ araşdırılmayıb: "Həkimin işinin araşdırılması məqsədilə ekspertizanın aparılması Nəsimi rayon Prokurorluğu tərəfindən hələ təyin edilməyib və buna görə də müvafiq komissiya da yaradılmayıb. Həkim işinin araşdırılması bundan sonra təyin ediləcək”.

Qeyd edək ki, D.Babayeva qarpızdan zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil edilib və orada dünyasını dəyişib. D.Babayeva DSX-nın ilk qadın pilotu olub.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar