Xəbərdarlıq - 3 gün hava qeyri-sabit keçəcək
14.09.2016 23:12 Sosreaksiya 1011
Sentyabrın 15-i gündüz şimal və qərb rayonlarından başlayaraq 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Şərhlər