ANS məcburi qaydada pul ödədi - 77 min

15.09.2016 10:42     Sosreaksiya     998

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosuna təyin olunan 161 000 manat cərimənin 77 266 manatı məcburi qaydada ANS ÇM şirkətinin bank hesabından tutulub.
 
APA-nın xəbərinə görə, şirkətin bank hesabında lazımi qədər pul qalmadığından cərimənin qalan hissəsinin tutulması məcburi icraya yönəldiləcək.
 
Qeyd edək ki, ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələyib. 
 
 
 

Şərhlər

Çox oxunanlar