İngiltərəli diplomat İslamı qəbul etdi

15.09.2016 19:41     Sosreaksiya     1339

Böyük Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Saymon Kolliz İslam dinini qəbul edərək Həcc mərasimini həyata keçirib.
Saymon Kolliz İslam dinini qəbul edən  ilk britaniyalı yüksəksəviyyəli diplomat, eyni zamanda Həcc  mərasimini icra  edən şəxsdir.
S.Kolliz İslam dinini  30 il ərzində müsəlmanlar arasında yaşadıqdan sonra qəbul edib.
S. Kolliz öz xanımı Hude ilə birgə Həcc  mərasimini həyata keçirib.
Qeyd edək ki, S. Kolliz  Səudiyyə Ərəbistanından öncə Suriya, İrak, Qatar, Yəmən, Birləşmiş Ərəb Əmirliyi, Tunisdə diplomatik vəzifələrdə çalışıb.(Gununsesi.info)
 
 
 

Şərhlər

Çox oxunanlar