Azərbaycanda saxta vizalar hazırlayan Pakistan vətəndaşları tutulub

16.09.2016 15:47     Sosreaksiya     1223

 Ötən ay Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 12 nəfər Pakistan İslam Res­pub­li­ka­sı və 2 nəfər İraq Respublikası vətəndaşları saxlanılıb.
 
DMX-dən APA-ya verilən məlumata görə, araşdırma zamanı Pakistan vətəndaşlarından Basil Ahmad Zesha­nın və Wadvan Ahmadın 5 nəfər Pakistan İslam Respublikası vətəndaşına də­lə­duzluq yolu ilə saxta vizaların düzəldilməsinə cəhd göstərdikləri məlum olub.
 
Azərbaycana ilk dəfə gələn, kompüter proq­ramlarının mütəxəssisi olan Basil Ahmad Zes­han saxta viza hazırlanması üçün öz həmvətəni, ölkədə qanunsuz məskunlaşan Wadvan Ahmaddan sifarişi alıb və vizaları Bakı Metro­politenin 28 May stansiyasının yaxınlığındakı internet klubda xüsusi proqram vasitəsilə ha­zır­layıb. Basil Ahmad Zes­han saxta vizaların ha­zır­lanmasında Babar Shahzad adlı digər Pa­kis­tan vətəndaşına məxsus elektron vizanın mə­­lu­mat­la­rı­nı dəyişməklə istifadə edib.
 
Digər 7 nəfərin ölkə ərazisinə Pakistan İslam Respublikasının vətəndaşı Sana Ur Rahman tərəfindən aldadılaraq gətirildikləri mə­lum olub. S.U.Rahmanın 2015-ci il sentyabrın 19-da Azərbaycana daxil olduğu, ali təhsil müəssisəsində əyani təh­sil əsasında özünə və ailə üzvlərinə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi alaraq ölkə ərazisində yaşayışını leqallaşdırdığı, Pakistan İslam Res­publikası vətən­daş­larını işə düzəltmək vədləri ilə aldadaraq müəyyən məbləğdə vəsait qarşılığında ölkəmizə gəti­ril­mə­­lərini təşkil et­diyi müəyyən edilib. S.U.Rahman həm­və­tən­lərini Bakı şəhərində kirayələdiyi müx­təlif ün­van­­larda yerləşdirib.
 
Eyni zamanda S.U.Rahmanın digər Pakistan vətəndaşı Nabeel Anjumu özünün qanunsuz əməllərinə cəlb etdiyi, N.Anju­mun Azərbaycana gətirilən Pakistan vətən­daş­larının qar­­şılan­ma­sı­nı, yer­ləş­dirilməsini, həm­çi­nin müxtəlif vədlərlə al­da­daraq onların S.U Rahmana müraciət et­mə­lə­­rini təşkil et­di­yi aş­kar edilib. Eyni za­man­d­a N.Anjumun bu il iyunun 25-də ölkə ərazisinə daxil ol­duğu və iyulun 26-dan isə respublikada qanun­suz yaşadığı məlum olub.
 
Saxlanılmış digər Pakistan vətəndaşları Shahzada Abu Ba­kar, Majid Ali, Arslan Ramzan, Adnan Athar, Muhammad Munir, Zahid İmran və Arshad Mahmoodun  ölkə əra­zisində qa­nunsuz  yaşa­dıq­­la­rı müəy­yən edilib.
 
Bununla yanaşı, keçirilmiş tədbirlər zamanı saxlanılmış əcnəbilərdən İraq Res­pub­­likasının vətən­daşı Ahmed Mo­ham­mad Jarullah Mahmood 2015-ci il dekabrın 22-də ölkəyə turist bələd­çi­si qismində çalışmaq məqsədilə gəl­ib və İraq vətəndaşlarının Azərbaycana gətirilməsi, yerləş­­di­ril­mə­si, bələdçilik və yola sa­lın­ma­sı xidmətini qeyri-rəsmi olaraq göstərib.
 
Ahmed Mohammad Jarullah Mahmoodun və saxlanılmış digər İraq vətəndaşı Mahmud Shakir Mahmud Ad-Dulaiminin viza müddətlərinin bitməsinə baxmayaraq   şəxslər ölkə ərazisini tərk etməyib, qanunsuz miqrant olaraq ölkədə yaşamaqda da­vam ediblər.
 
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində DMX tərəfindən qeyd edilən əcnəbilər ifşa edilərək zərərsizləşdirilib.
 
Xidmət tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­sində tədbirlər da­vam etdirilir.
 
 
 

Şərhlər

Çox oxunanlar