Millət vəkili Q.Paşayeva Qovlar şəhərində Yeni Dərs İli münasibəti ilə uşaqlar üçün “Kitab bayramı” təşkil edib - FOTOLAR

17.09.2016 12:11     Sosreaksiya     1120

Məktəblinin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı,
 
dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitablar və
 
jurnallar hədiyyə edən millət vəkili Q.Paşayeva onları daha çox oxumağa,
 
mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Qənirə
 
Paşayeva onlara özəlliklətariximizlə bağlı kitabları və Azərbaycan
 
ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Tovuz məktəblərinin
 
kitabxanalarına təkcə çoxlu sayda Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ
 
həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda kitablar
 
hədiyyə etdiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqları onlardan istifadə
 
etməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba,elmə
 
meyilliyin artmasının vacibliyi istiqamətində də onlarla söhbət edib və sualları
 
cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını
 
mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Millət vəkili görüş zamanı
 
təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və
 
məsləhətlərini də verib. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı,
 
təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki,
 
inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!" Millət vəkili Qənirə
 
Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin
 
artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun
 
gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox
 
asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin
 
artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”, – millət
 
vəkili Qənirə Paşayeva deyib. Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir
 
iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının
 
artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Millət
 
vəkili Q.Paşayeva uşaqları maraqlandıran sualları da cavablandırıb.
 
 
 

Şərhlər

Çox oxunanlar