Bakı metrosundan sərnişinlərə sürpriz
17.09.2016 16:42 Sosreaksiya 994
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi PaşayevModern.az-a bildirib ki, qurum bu əlamətdar günü özünəməxsus şəkildə qeyd edəcək.
Belə ki, "Elmlər Akademiyası", "28 May" və "İçərişəhər" stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruppalarının ifasında musiqi çələngi bəxş ediləcək. Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək.
Tədbir 18 sentyabr tarixi saat 11:00-da "Elmlər Akademiyası" stansiyasının əsas girişində başlayacaq. 12:15-də "28 May" stansiyasında 13:30-da "İçərişəhər" stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək.
Şərhlər