Sabahın hava PROQNOZU

17.09.2016 16:44     Sosreaksiya     959

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun yarımadada gecə 16-20° isti, gündüz 23-27° isti, Bakıda isə gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun rayonlarda gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar