İki jurnalistə Azərbaycan prezidentinin fərdi təqaüdü veriləcək
20.07.2015 18:17 Sosreaksiya 2035

Azərbaycan Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
"Reaksiya.az" APA-ya istinadən məlumat verir ki, sərəncama əsasən, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Əhmədov Teymur Əkbər oğlu
Mikeladze Qalina Ələkpərovna
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Şərhlər