Türkiyədə lüks restoranlara ən çox azərbaycanlı turistlər gedirlər

17.09.2016 22:09     Sosreaksiya     895

Xarici turistlər İstanbulda il ərzində bahalı qidaya təxminən 300 milyon dollar xərcləyir.
 
Bunu Turizm Restoran Yatırımçıları Birliyinin sədri Kaya Demirer bildirib.
 
Onun sözlərinə görə, birliyə üzv olan obyektlərin gəlirlərinin 20%-i turistlərin xərcləri hesabına formalaşır. 
 
K.Demirer əlavə edib ki, birliyin üzvü olan obyektləri il ərzində 35 milyon müştəri ziyarət edir ki, onlardan 85-90%-i türklər, 10-15%-i isə xaricilərdir.
 
“Xarici turistlər İstanbulda il ərzində bahalı (lüks) qidaya təxminən 300 milyon dollar xərcləyir. Müştərilərin mütləq əksəriyyətini türklər təşkil etsə də, xaricilərdən əldə olunan gəlir daha çox olur. Ümumilikdə, bizim obyektləri il ərzində 4-4,5 milyon xarici turist ziyarət edir. İstanbula il ərzində 12-13 milyon turist gəlir. Hər 3 turistdən 1-i bizim birliyə üzv olan obyektləri ziyarət edir. Hər turist bizim obyektlərdə orta hesabla 70 dollar xərcləyir. Son 3-4 il ərzində Türkiyədəki lüks restoranları ziyarət edən turistlərin əksəriyyəti azərbaycanlılardır. Ən çox xərcləyən isə qətərlilərdir”, - deyə o bildirib.(apa)
 
 

Şərhlər

Çox oxunanlar