Bakıda sanatoriyada yanğın olub

17.09.2016 23:26     Sosreaksiya     1449

Axşam saat 18:00 radələrində Bakının Xəzər rayonunda yerləşən “Xəzər” sanatoriyası ərazisində yanğın olub.
 
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ev əşyaları 8 m2 sahədə yanıb.
 
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 4 m2 sahədə əriyib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
 
 

Şərhlər

Çox oxunanlar