Sabah hava necə olacaq?

18.09.2016 13:11     Sosreaksiya     1101

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
 
 

Şərhlər

Çox oxunanlar