Millət vəkili Q.Paşayeva Yeni Dərs ili ilə bağlı Qovlarda müəllimlərlə görüşdü - FOTOLAR
20.09.2016 08:51 Sosreaksiya 1065
Millət vəkili Q.Paşayeva Yeni Dərs ili ilə bağlı Qovlarda müəllimlərlə görüşdü
və xahişlərini Təhsil nazirinə çatdıracağına söz verdi.
Q.Paşayeva Yeni Dərs İli münasibəti ilə Qovlar şəhərində M.Məmmədov adına
orta məktəbini ziyarət edərək müəllim və şagirdlərlə görüşüb, onları Yeni Dərs İli
münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb. Məktəbin direktoru Fatma
Allahverdiyeva və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti,
qarşıda duran hədəflər barədə məlumat veriblər. Q. Paşayeva müəllimlərin fikir və
qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb. M.Məmmədov adına məktəbin hər
zaman özünün müsbət göstəriciləri ilə fərqlənən və çoxlu sayda ziyalı yetişdirmiş
məktəblərdən biri olduğunu deyən millət vəkili Qənirə Paşayevaya müəllimlər
Qovlar şəhəri M.Məmmədov adına orta məktəbin yeni məktəb binasına və ya
əsaslı təmirə böyük ehtiyacı olduğunu, Q. Paşayevanın bununla bağlı hökumətə və
müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü
bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da
bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Qovlar şəhərində
M.Məmmədov adına orta məktəbi ilə bağlı hökumətə və Təhsil Nazirliyinə
müraciət etdiyini və yaxın zamanlarda problemin öz həllini tapması üçün Bakıya
qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və
hökumətə millət vəkili kimi müraciət edəcəyini də vurğulayıb. Gənclərin mütləq
bir peşə sahibi olmasının önəmini xüsusi vurğulayan millət vəkili məktəbdə
şagirdlərlə də görüşüb və onlarla söhbət edib. Q.Paşayeva bildirib ki, hansı peşənin
sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb
illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Millət vəkili Qənirə
Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretı, qumar
oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib.
Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük
məsuliyyət düşür. Məktəb təhsil verməklə bərabər vətəndaş da yetişdirir və
müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı
mütamədi söhbətlıər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları
gördükdə zamanında gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar.
Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də böyük
dəstəyinizə ehtiyac var. Eyni zamanda gənclərin onların üçün lazımsız, mənasız
sadəcə zamanlarını əllərindən alan verlişlərdən uzaq durmaları və zamanlarını
oxumağa, öyrənməyə, boş zamanlarını isə kitablar oxumağa ayırmalarının
vacibliyi ilə bağlı müəlimlərimizin daiim gənclərlə söhbətlərinə böyük ehtiyac var
deyən millət vəkili Qənirə Paşayeva mən inanıram ki, bu məsələlərdə əziz
müəllimlərin səyləri daha da artacaq deyib. Q.Paşayeva yaxşı oxuyan şagirdlərlə
də görüşüb, onlarla geniş fikiir mübadiləsi aparıb və görüşün sonunda onların hər
birinə çoxlu kitablar hədiyyə edib.
Şərhlər