İctimai Birlik layihə çərçivəsində görüş keçirib - FOTOLAR

20.09.2016 23:16     Sosreaksiya     1223

Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə  ''Qərbi Azərbaycanda doğulub böyümüş azərbaycanlının həyat hekayəsi ''nə həsr olumuş filimin çəkilişlərini davam etdirir.

  Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi layihə çərçivəsində Şəhidlər müzeyində  N saylı hərbi hissənin əsgərləri ilə görüş keçirib.Görüşdə layihə barədə məlumat verilib.  Azərbaycanın bu gün ordu quruculuğu sahəsində apardığı işlərdən söz açılıb. Qeyd olunub ki, ötən  90-cı illərdə Azərbaycan belə orduya malik olsaydı, bu gün torpaq itkisinin ağrısını yaşamazdıq.

   Filmin qəhrəmanı olan  Əlövsət Qasımov   müharibədə şahid olduğu hadisələrdən, faciələrdən söhbət açıb.  Düşmənin necə amansız, məkrli olduğunu vurğulayıb.

  Çıxış edən əsgərlər qeyd ediblər ki, belə filmlər vətənpərvərlik təbliğatı baxımından önəm daşıyır.

 Qeyd eək ki, filmin çəkilişləri Bakı şəhərində Tərtər, Goranboy, Qəbələ rayonlarında həyata keçiriləcək.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar