Millət vəkili Q.Paşayeva Tovuzda müəllimləri gənclərin zərərli vərdişlərdən uzaq durması üçüm səyləri daha da artırmağa çağırıb - FOTOLAR

24.09.2016 16:01     Sosreaksiya     1052

Millət vəkili Q.Paşayeva Tovuzda müəllimlərlə görüşüb, onları Yeni Dərs İli
 
münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb. Bir sıra müəllimlər çıxış edərək
 
məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat veriblər. Q.
 
Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb.
 
Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini xüsusi vurğulayan millət vəkili
 
Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir
 
gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı
 
öyrənməlidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə
 
narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı
 
ciddi narahat etməlidir deyib. Ona görə ailələrlə bərabər bu məsələdə
 
məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür, deyib. Məktəb təhsil
 
verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki,
 
gənclər arasında zərərli vərdişlərlə bağlı mütamədi söhbətlər aparsınlar, gənclər
 
arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında gec olmadan onlara
 
dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün
 
sizin bu məsələlərdə də böyük dəstəyinizə ehtiyac var. Eyni zamanda gənclərin
 
onların üçün lazımsız, mənasız sadəcə zamanlarını əllərindən alan verlişlərdən
 
uzaq durmaları və zamanlarını oxumağa, öyrənməyə, boş zamanlarını isə kitablar
 
oxumağa ayırmalarının vacibliyi ilə bağlı müəlimlərimizin daim gənclərlə
 
söhbətlərinə böyük ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva mən inanıram
 
ki, bu məsələlərdə əziz müəllimlərin səyləri daha da artacaq deyib.
 
 
 

Şərhlər

Çox oxunanlar