Ağdamda düşmən əsgəri məhv edilib
25.09.2016 21:33 Sosreaksiya 1011
Bu gün saat 10.40 radələrində təmas xəttinin Ağdam istiqmətində erməni işğalçı qüvvələrinin itkisi qeydə alınıb. Modern.az saytı xəbər verir ki, virtualaz.org-un erməni mənbələrinə istinadən xəbər verir ki, erməni qüvvələrinin döyüş mövqelərindən birində 1997-ci ildə anadan olan hərbi qulluqçu Arsen Arakelyan öldürülüb.
Xatırladaq ki, ötən həftə erməni işğalçı qüvvələri çoxlu sayda hərbi texnika cəlb etməklə Ağdamda hərbi təlimlər keçirib. Rəsmi Bakı bu təlimləri təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat adlandırıb.
Şərhlər