Azərbaycanda Məhərrəmlik ayı ilə bağlı fətva verildi

27.09.2016 22:55     Sosreaksiya     1644

Qafqaz Müsəlmanları İdarəsi məhərrəmlik ayı ilə əlaqədar fətva verib. Müqəddəs ay oktyabrın 3-də başlayır. Fətva ilə bağlı keçirilən iclasda qurşağadək soyunub zəncirlə bədənə xəsarət yetirməklə qan çıxarmağın şəriətə uyğun olmadığı bildirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə isə deyib ki, sünnilər və şiələr bu ayı birgə keçirərək hamıya nümunə olmalıdır.

Məhərrəm ayının ilk günü oktyabrın 3-ü, Aşura günü isə oktyabrın 12-də olacaq. Bu Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəmlik ayı ilə bağlı verdiyi fətvada öz əksini tapıb. Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən toplantıda Məhərəmmlik ayını bütün məzhəblərin birgə keçirməli olduğuna diqqət çəkib...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə heç bir radikal cərəyanın Azərbaycanda özünə tərəfdar tapa bilməcəyinə deyib və dini təbliğat məsələlərinin dövlətin birbaşa nəzarətində olduğunu vurğulayıb...

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə gəncləri radikal dini cərəyanlardan uzaq durmağa və xarici qüvvələrin oyunlarına alət olmamağa çağırıb.

Bu arada fətva ilə bağlı keçirilən iclasda qurşağadək soyunub zəncirlə bədənə xəsarət yetirməklə qan çıxarmağın şəriətə uyğun olmadığı bildirilib. Bundansa qan vermə aksiyalarında iştirak etməklə insanlara yardım etməyin daha faydalı olduğu tövsiyyə olunub.

 

Reaksiya.az

Şərhlər