Fransa şirkəti Bakı metrosunun genişləndirilməsində iştirak etməyə hazırdır

28.09.2016 09:49     Sosreaksiya     1057

Fransanın "Alstom" şirkəti Bakı Metropoliteni tərəfindən vaqon tədarükü ilə bağlı tender keçiriləcəyi təqdirdə həmin tenderdə iştirak etmək niyyətindədir.

Bunu Trend-ə Berlində keçirilən "InnoTrans 2016" sərgisində "Alstom" şirkətinin Yaxın Şərq regionu və Afrika üzrə baş vitse-prezidenti Canluka Erbaççi deyib.

Onun sözlərinə görə, Azərbaycan bazarı "Alstom" şirkəti üçün böyük maraq kəsb edir.

C.Erbaççi əlavə edib: "Ötən il biz Bakı Metropoliteni üçün 3 qatar vermişik və yaxşı rəylər alımışıq. Bakı metro şəbəkəsinin genişlənməsini nəzərə alsaq, deməli qatarlara da tələbat artacaq. O halda tender keçirilərsə, biz böyük məmnuiyyətlə bu tenderlərdə iştirak etmək niyyətindəyik".

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir, 25 metro stansiyası var. Bakı Metropoliteninin xətti 36,7 km təşkil edir. Üç hərəkət xətti var.

 

Reaksiya.az

Şərhlər