18 yaşlı oğlan çayda batdı
21.07.2015 23:30 Sosreaksiya 853

Şəhriyar Abbasovun cəsədi tapılaraq sudan çıxarılıb
İmişli rayonunda çayda, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 150 km aralıda nəzarət olunmayan ərazidə 1997-ci il təvəllüdlü Abbasov Şəhriyar Taleh oğlu batıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı FHN-in saytı yayıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.
Ş.Abbasovun cəsədi batdığı yerdən təxminən 20 metr məsafədən tapılaraq sudan çıxarılıb.
Şərhlər