Ailə Psixoloqu İnstitutu yaradılacaq
28.09.2016 22:23 Sosreaksiya 977
Gələcəkdə Azərbaycanda Ailə Psixoloqu İnstitutu yaradılacaq.
Axar.az xəbər verir ki, bunu Milli Məclisdə "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" mövzusunda keçirilən "dəyirmi masa"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, Komitə bununla bağlı sənədləri hazırlayıb:
"Hazırda bununla bağlı işlər aparılır. Sənədlər tam hazır olduqdan sonra aidiyyəti qurumlara göndəriləcək".
Şərhlər