Yağışla bağlı FHN-dən növbəti açıqlama
29.09.2016 08:56 Sosreaksiya 1028
Fövqəladə Hallar Nazirliyi Bakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yeni məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatda bildirilir ki, nazirliyin qurumları tərəfindən sentyabrın 28-də yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir. Hazırkı vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub.
Şərhlər