Nuri Paşanın qəbirüstü abidəsi 67 il sonra bərpa edildi və ona 67 il sonra cənazə namazı qılındı... - FOTOLAR
29.09.2016 14:59 Sosreaksiya 1055
Nuri Paşanın 67 il sonra bərpa edilən qəbirüstü abidəsinə Azərbaycan torpağı töküldü.
İstanbulun Ədirnəqapı məzarlığında Nuri Paşanın (Nuri Killigil) və 27 iş
yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa
edilib və bu münasibətlə geniş təddbir keçirilib. Əvvəlcə, Nuri Paşa üçün cənazə
namazı qılınıb. Azərbaycandan və Kiligil ailəsinin vətəni olan Türkiyənin
Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən gətirilən torpaqlar Nuri Paşanın
məzarına səpilib. Mərasimində çıxış edən İstanbul Metropol Bələdiyyəsi muzeylər
və kitabxanalar müdiri Ramazan Mindər “Türklük öz tarixinin önəmli günlərindən
birini yaşayır. Qafaz İslam Ordusunun komandanı Nuri Paşanın məzarının
yenidən yapdırılması və keçirdiyimiz bu mərasim iki ölkə arasındakı qardaşlıq
duyğularının daha da güclənməsinə xidmət edəcək. Biz müştərək keçmişimizi
öyrəndikcə orada bu günümüz üçün lap çox ortaq nöqtələr tapacaq, bir-birimizə
daha çox sarılaraq gələcəyə doğru daha inamlı şəkildə irəliləyəcəyik ”- deyə
vurğulayıb. Şərqin ilk cümhuriyyətinin ilk hökumətinin baş naziri Fətəli xan
Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Məhmətzadə
ailəsinin Nuri Paşa ilə bağlı xatirələrini səsləndirib. “Nuri Killigil” kitabının
müəllifi Atilla Oral əsərin üzərində 17 il çalışdığını, Nuri Paşanın həyatının yeni
səhifələrini açdıqca onun nə qədər böyük adam olduğunu gördüyünü bildirib.
Atilla Oral, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın simvollarından birinin
Nuri Killigil olduğunu vurğulayıb. ATXƏM-in sədri İlham İsmayılov da Nuri
Paşanın tarixi rolundan danışıb, onun hər iki ölkənin tarixində önəmli yer
tutduğunu vurğulayıb. Millət vəkili Qənirə Paşayeva isə Bakıdakı Türk
şəhidliyindən danışıb. O bildirib ki, Azərbaycan müstəqil olandan sonra ulu öndər
Heydər Əliyev Bakıda Türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün şəhidlik
tikdirdiyini xatırladıb. ”İstər Bakıdakı şəhidlik, istərsə də Nuri Paşanın buradakı
məzarı bizim üçün çox dəyərlidir. Biz bu dəyərlərə müştərək şəkildə sahib çıxsaq,
gələcəyə birgə addımlayacağıq. Birlikdə olsaq, öhdəsindən gələ bilməyəcəyimiz
heç bir iş olmayacağı kimi, bizi məğlub edəcək heç bir qüvvə də olmayacaq ”-
deyə, Q. Paşayeva vurğulayıb. Nuri Paşanın qardaşı nəvəsi Arzu Ənvər Əroğan
Killigil ailəsinin tarixi barədə məlumat verəndən sonra babasının və ulu əmisinin
adlarını daima ən yüksəkdə tutmaqdan şərəf duyduqlarını vurğulayıb. Arzu Ənvər
Əroğan, bundan sonrakı mərhələdə babasının və ulu əmisinin Türkiyədə daha
yaxşı tanıdılması üçün çalışmağa davam edəcəklərini vurğulayıb. Tədbirdə Türkiyə
və Azərbaycanın ictimai xadimləri, aydınları ilə yanaşı Türk dünyasının bir çox
QHT və ziyalıları da qatılıb.
Şərhlər