Əflatun Amaşov saytlara pul ayırmağı təklif etdi
30.09.2016 15:09 Sosreaksiya 1105
Milli Məclisin bu gün keçirilən iclasında elektron mediaya maliyyə dəstəyi göstərilməsi barədə təklif səslənib.
Modern.az-ın xəbərinə görə, bu təşəbbüslə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.
O qeyd edib ki, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİV-in İnkişafına Dpvlət Dəstəyi Fondu (KİVDF) vasitəsi ilə həyata keçirir:
“Amma bu gün cəmiyyətimizdə internet, onlayn media sürətlə inkişaf edir. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursları maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusunu müəyyənləşdirərək, maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır”.
Deputat sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə medianın reklam problemindən danışıb:
“Bu gün ölkə mediasında reklamın azlığı mətbuatın çətin durumunu bir az da çətinləşdirir. Çünki medianın durumu reklamdan asılıdır.
Media özünü reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər var. Reklam məsələsində balans qorunmalıdır. Çünki hökumət mediaya uzun müddət maliyyə dəstəyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirilməli və buna şərait yaradılmalıdır”.
Ə. Amaşov “Diffamasiya haqqında” qanunun qəbulunu da təklif edib.
Şərhlər