Bakıda yağış suyunda batmış avtobusdakı sərnişinlərin köməyinə xilasedicilər gəlib

30.09.2016 17:15     Sosreaksiya     1163

Sentyabrın 29-da yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları “İSUZU” markalı avtobusun hərəkətini məhdudlaşdırıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtobusda olan 2 nəfərə müvafiq köməklik göstəriblər.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar