İntihar edən məktəbli ilə bağlı - RƏSMİ AÇIQLAMA

02.10.2016 19:18     Sosreaksiya     957

Abşeron Rayon Təhsil Şöbəsi intihar etdiyi deyilən məktəbli ilə bağlı açıqlama yayıb.
 
Moderator.az xəbər verir ki, şöbənin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Aysel Tahirova Qafqazinfo-ya açıqlamasında bildirib ki, sentyabrın 30-da ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuriyev Zahid bütün müayinələrdən keçdikdən sonra dünən səhər saatlarında evə buraxılıb.
 
“Həkim rəyinə əsasən, Nuriyev Zahid gələn həftədən etibarən məktəbdə dərslərinə davam edə bilər”, - deyə A. Tahirova vurğulayıb.
 
Qeyd edək ki, 5-ci sinif şagirdi olan Nuriyev Zahid iki aldığına görə özünü məktəbin ikinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerindən çəkilmiş videonu məktəblinin valideyni yayıb.
 
 

Şərhlər

Çox oxunanlar