Sumqayıtda partlayış baş verib

04.10.2016 08:20     Sosreaksiya     1422

Sumqayıtda partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:14-də başa çatıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar