Bakıda supermarketin direktor müavini özünü asaraq intihar edib
04.10.2016 17:27 Sosreaksiya 1489
Bakı şəhəri, Yasamal rayonunda intihar hadisəsi baş verib.
Hadisə Landau küçəsində qeydə alınıb. Həmin küçədəki evlərdən birində yaşayan 52 yaşlı Arif Quliyev özünü yataq otağında asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq aparılır.
Qeyd edək ki, A.Quliyev “Səbət” Marketlər Şəbəkəsinin marketlərindən birində direktor müavini vəzifəsində çalışıb. (“Report”)
Şərhlər