Bakıda “Türk Dünyası: Sibirdən Balkanlara” adlı etno foto sərgisinin açılış mərasimi keçirilib - FOTO

04.10.2016 23:46     Sosreaksiya     1002

Oktyabrın 3-də Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxşıvan Sazişi”nin ildönümü münasibətilə türkoloq alim Güllü Yoloğlunun “Türk Dünyası: Sibirdən Balkanlara” adlı etno foto sərgisinin açılış mərasimi keçirilib.

Sərgidə AMEA Mərkəsi Elmi Kitabxanasının Beynəlaxlq əlaqələr şöbəsinin rəhbəri Mübariz Göyüşlü, Moldova Respublikasının Azərbaycandakı səfiri George Leuka, politoloq Vüqar Zifəroğlu, ATXƏM-in icra katibi İlqar İlkin, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev, filosof Asif Bayramov və digərləri iştirak ediblər.

Çıxışçılar müəllifin təqdim olunan fotolarının ayrı-ayrı türk xalqlarının məişəti, tarixi və mədəniyyətinin bir sıra məqamlarını özündə əks etdirdiyini bildiriblər.

Etnoqraf Güllü Yoloğlu sərgi haqqında məlumat verərək Türkiyə, KKTC, Qazaxıstan, Rusiya (Tıva, Xakasiya), İraq, Moldova, Rumıniya, Makedoniya, İran, Özbəkistan və digər ölkələrdəki araşdırmaları zamanı çəkdiyi 60 fotoşəklin nümayiş olunduğunu qeyd edib.

AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən sərgi oktyabrın 7-dək davam edəcək.

1
 
1
 
1
 
1
 
1
 
1
 
1

Şərhlər

Çox oxunanlar