Ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb

06.10.2016 11:30     Sosreaksiya     866

2016-2017-ci tədris ili üçün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb.APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.
 
O qeyd edib ki, sayın artımı gözlənilir, çünki qəbul hələ davam edir.
 
Qeyd edək ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar