'Siqan' ləqəbli avtoritetin cəzası elan olundu - 20 il

06.10.2016 23:45     Sosreaksiya     917

Rusiyadan Azərbaycana ekstradisiya olunan criminal avtoritete Bakıda hakim qarşısına çıxarılıb. 
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Elmir Məmmədov  qətl və digər cinayətlərdə təqsirli bilinir.
 
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində  E.Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsinə baxılıb.
 
Bu ilin əvvələrində Azərbaycana ekstradisiya olunana criminal avtoritet Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilir. 
 
O, törətdiyi cinayət əməllərinə görə Rusiya Federasiyasında 21 il müddətinə azadlıqdan məhrum edilib.
 
Kriminal aləmdə “Siqan” ləqəbi ilə tanınan E.Məmmədovun cəzası Azərbaycan Respublikasının qanunlarına uyğunlaşdırılaraq 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
E.Məmmədov qəsdən adam öldürməkdə, qanunsuz olaraq silah gəzdirməkdə təqsirləndirilir.
 
 

Şərhlər

Çox oxunanlar