Dünən 44 cinayətkar tutuldu - Azərbaycanda

22.07.2015 14:40     Sosreaksiya     2486

Yol qəzasında 2 nəfər ölüb

Dünın 82 cinayət faktı qeydə alınıb. Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınmış, onların da 33-ü “isti izlər”lə açılıb. Reaksiya.az xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 16 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 44 nəfər tutulub.

Şərhlər

Çox oxunanlar