“Nailiyyətimiz Kurikulumdan keçir” mövzusunda ödənişsiz seminar keçiriləcək

07.10.2016 14:20     Sosreaksiya     1328

Müstəqil Azərbaycan Respublikasının təhsil sahəsində həyata keçirdiyi yeniliklər, qəbul olunan Təhsil qanunu və qərarları, eyni zamanda Təhsil İslahatı, Kurikulum proqramının hazırlanması, tətbiqi və onun tərkib hissələri (Məzmun, Strategiya və Qiymətləndirmə), Standart anlayışı və standartdan təlim nəticələrinin çıxarılması, Ənənəvi və Müasir təlimin fərqli xüsusiyyətləri, Şagirdlərin kompetensiyalı inkişafının yolları, Fəal təlim və onun metodları, nümunəvi dərsin (fəal dərsin mərhələləri) hazırlanması qaydası və gözlənilən nəticələrin uyğunluğu, Müəllimlərin İşə Qəbulu imtahanında düşən Kurikulum suallarının müzakirəsi haqqında ətraflı və konkret məlumatlar veriləcək. 

Seminarın tərkibi :

1. Təhsilyönümlü normativ hüquqi aktlar

2. Ümumi təhsilin dövlət proqramı və standartları 

3. Interaktiv təlim və onun üstünlükləri

4. Müasir tələblərə cavab verən dərsin hazırlanması və video nümayişi

5. MİQ-ə düşən sualların müzakirəsi

İştirakçılar: Müəllimlərin İşə Qəbulu imtahanında iştirak etmək istəyən tələbələr, eyni zamanda imtahandan kəsilən və ya müqavilə ilə işləyən müəllimlər, faktiki təhsil sahəsində çalışan müəllim və metodistlər.

Seminar zamanı iştirakçılar İKT və Kurikulum üzrə təlimçimiz Əminə Bağırova ilə təmasda olacaq və ona mövzu üzrə maraqlandıqları sualları verə biləcəklər.

Seminara Qeydiyyat üçün aşağıdakı linkdən istifadə edə bilərsini:
https://goo.gl/7ZqFGG

Təlimçi haqqında:
https://goo.gl/9bL5rO

Seminarın Tarixi: 15.10.2016
Seminarın Saatı: 15:00
Seminarın Müddəti: 2 saat
Seminarın Ünvanı: Barattson School of Business & Finance

Qeydiyyat linki vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz. Alternativ olaraq əlaqə nömrələrimizə zəng edib məlumat ala bilərsiniz.

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza 3-cü korpus, 7-ci mərtəbə.
www.barattson.com
[email protected]
(+99412) 5054496/97
(+99470) 2054494

Şərhlər

Çox oxunanlar