Orbitlər və universal mövcudluq nəzəriyyələri - Azərbaycanlı alimin dünyaya səs salacaq nəzəriyyəsi
09.10.2016 12:47 Sosreaksiya 4105
Orbitlər və universal mövcudluq nəzəriyyələrində kainatın və materiyanın necə yaranması haqqında ənənəvi baxışlardan fərqli, yeni ideyalar irəli sürülür və əsaslandırılır. Bu nəzəriyyələrin əsasında orbitlərin birinci olduğu, yüksək sürətli enerjini toplayaraq materiya sintez etmək xüsusiyyəti dayanır. Yəni yer, yupiter və s. əmələ gəlib günəşin ətrafında trayektoriya edərək “orbit” yaratmamışdırlar. Əksinə, orbitlər əvvəl mövcud olmuş, hν işıq fotonlarını , sürətli enerjini toplayaraq yeri, yupiteri və s. yaratmışdırlar. Eləcədə, bu nəzəriyyələrdə var olma enerjisi ilə mövcudluq arasındakı mürəkkəb əlaqələrin, səbəb nəticə mexanizmlərinin izahı yeni müstəvidə verilir. Zaman , məkan, sürət, sahələr haqqında fərqli baxışlar sistemi ortaya qoyulur. Orbitlər və universal mövcudluq nəzriyyələri vəhdətdə olub , bir birini tamamlayırlar.
Aşar sözlər: Təxmini məntiq, real məntiq, orbitlərdə sintez, mövcudluq əmsalı, var olma enerjisi, mövcudluq zamanı, Binq banq, hiqqs bozonu, hν-kvant porsiyaları, məhdud və qeyri məhdud sahələr.
Hazırda qəbul olunan baxışlar
Hazırda ən məhşur və elmi ictimaiyyət tərəfindən qəbul olunan “Binq-Banq” nəzəriyyəsinin məntiqinə, mahiyyətinə baxaq. Rus alimi Aleksandr Fredman və belçikalı astrofizik George Lemaytr kainatın genişlənməsini nəzəri olaraq hesablamışdılar. 1929-cu ildə Amerika alimi Edvin Hubbi teleskopla müşahidə apararkən, ulduzların uzaqlaşmasını müəyyən etdi. Sonra Hubbi öyrəndi ki, ulduzlar nəinki bizdən, eyni zamanda bir-birlərindən də uzaqlaşırlar. Yəni zaman keçdikcə, kainat genişlənir. Belə olan halda sıxlığı seyrəlir, soyuyur. Bu məntiqlə zamanın geriyə getdiyini düşünsək, maddə və enerji son dərəcə sıxlıqda və olduqca kiçik nöqtədə yer almışdır. Bu nöqtənin partlamasından kainat əmələ gəlmişdir. Yəni, heç bir şey yoxdur, zaman, məkan və enerji sıfırdır. Yalnız çox kiçik nöqtə vardır. Onun partlamasından kainat yaranmışdır.
“Binq-Banq” nəzəriyyəsini sübut etmək üçün dəlillər də gətirmişdilər. Qurani-Kərimin “Zariyat” surəsinin (51) 47-ci ayəsində belə deyilir, “Biz göyü öz qüdrətimizlə yaratdıq və genişləndirməkdəyik”.
Ən böyük əsaslardan biri kainatın genişlənməsidir. Sonra alimlər belə bir nəzəriyyə irəli sürdülər ki, “Binq-Banq”- böyük partlayış nəticəsində kainatda radiasiya olaraq bəzi qalıqlar olması labüd idi. Corc Qamova (George Gamov) görə əgər kainat bir nöqtədən yaranmışdırsa, deməli həmin partalayışdan sonra radiasiya qalmalı və bütün kosmosa bərabər şəkildə paylanmalı idi . 1965-ci ildə Arno Penziyas və Robert Uilson bu qalıqları ehtiva edən dalğaları kəşf etdilər. Onu “kosmik fon” radiasiyası adlandırdılar. Buna görə hər iki alimə “Nobel” mükafatı verildi. 1989-cu ildə Corc Smit və birlikdə çalışdığı NASSA qurupu COBE adlı süni peyki kosmosa göndərdilər. Peykdə olan həssas radarların sayəsində Penziyas və Uilsonun hesablamalarının təsdiqi səkkiz dəqiqə çəkdi.
“Binq-Banq” nəzəriyyəsinin tərəfdarları iddia edirlər ki, “böyük partlayış” 10-43 saniyə çəkir. Sonra Plank erası başlayır. Bu vaxt kainatın ölçüsü 10-35 metr-plank uzunluğu qədər olmuşdur. Bu, 10-37 saniyədə baş verir. Sonra hidrogen atomunun nüvəsi yaranır. Doqquz milyard il sonra günəş sistemi əmələ gəlir. 13,7 milyard il sonra kainat indiki vəziyyətdə olur.
Kainatin sakit qalmadığını, fasiləsiz genişləndiyini Eynişteyn də öyrənmişdir. Lakin o dövrdə qəbul edilən statik kainat nəzəriyyəsinə zidd olduğu üçün, böyük alim öz kəşfini bir qırağa qoymuşdur.
Avropa Nüvə Tədqiqatları Təşkilatının ( CERN) baş direktoru Rolf Hayer 4 iyun 2012-ci ildə “yeni subatom zərrəcik kəşf etdiklərini” bildirmişdir. Yəni Hiqqs bozonu yaxud, “Tanrı zərrəciyi”nin tapıldığını elan etmişlər. Hiqqs bozonun atomların işıq sürətilə toqquşdurulmasından əmələ gəldiyini, saniyənin trilyonda bir hissəsində –qısa müddətdə göründüyünü və sonra digər zərrəciklərə çevrildiyini söyləyirlər. “Tanrı zərrəciyi” adını Hiqqs bozonu haqda yazdığı kitaba Nobel mükafatçısı fizik Leon Lederman qoyub.
Hiqqs Bozonu başqa hissəciklərə kütlə verən hissəcikdir. Hindistanlı fizik Satyendranat Bose-nin şərəfinə fundamental qüvvələrin daşıyıcısı olan hissəcikləri Bozon adlandırmışlar. Məsələn Bozonlardan biri olan Foton-işıq hissəciyidir. O elektromaqnit qüvvəsinin keçiricisi və daşıyıcısıdır.
Hiqqs Bozonu Britaniyalı fizik Peter Hiqqs-in şərəfinə adlandırılıb. Hansı ki, çox vaxt “Tanrının hissəciyi” adlandırırlar. Peter Hiqqs 1964-cü ildə hissəciklərə kütlə verən bir sahənin olması fərziyyəsini irəli sürdü. Alimlər Robert Brout, Francois Englert, Gerald Guralnik, Carl Hagen, Tom Kibble – apardıqları tədqiqatlarda oxşar nəticə verdilər. Bu sahə Hiqqs sahəsi adlandırıldı. Sonralar P. Hiqqs həmin sahənin daşıyıcısı kimi kütləyə malik bozonun mövcud ola biləcəyi ideyasını irəli sürdü. Buna Hiqqs bozonu adı verdi. Alimə görə, Hiqqs bozonu yüksüz, spin-o hissəcikdir və kütləyə malikdir.
Hiqqs bozonun aşkar edilməsi kütlənin mənşəyi, kainatın yaranması ilə bağlı suallara cavab tapmaqda kömək ola bilərdi
2013-cü il 8 oktyabrda Peter Hiqqs və Belçika fiziki Françeis Englert bu sahədəki tədqiqatlarına görə Nobel mükafatı alıblar.
“Binq Banq” nəzəriyyəsinin , “Hiqqs bozonu”, “Tanrı zərrəciyi” hipotezinin təxminilikləri, izah edə bilmədikləri nüanslar.
“Binq Banq” – təxminiliklər, qaranlıq məqamlar
1.Quran məntiqi ilə zidiyyət:
Binq banq nəzəriyyəsi QURAN məntiqi ilə uzlaşmır .QURANda kainatın, yerin və göyün yaradılması haqqında iyirmidən çox ayə vardır. Burada kainatın yaranması haqqında olan tezislər aşağıdakılardır: “ Göyləri, yeri və aralarındakını yoxdan var edən ALLAHdır;, , göyləri və yeri altı gündə yaratdı;, , göylərlə yer bitişik bir haldakən biz onları ayırdıq;, , Günəş və ay əmrinə tabe olaraq hər biri bəlli bir vaxtda, sürətlə öz yolu ilə axıb gedir;, yeri iki gündə yaratdı, dörd gün ərzində hər bir canlının ruzisini müəyyənləşdirdi, sonra göyü yaratmağa başladı; O tüstü halında idi. Onda göyə və yerə dedi: “istər istəməz ortaya gəlin”. Dedilər: “itaət edib gəldik”;, yeddi göyü iki gündə yaratdı və hər bir göyə öz işini bildirdi, dünya göyünü çıraqlarla bəzədik və qoruduq “... 6/101., 7/54., 13/2., 21/30., 41/9, 10, 11, 12., 44/10., 50/38., 79/27, 29.
Göründüyü kimi, burada heç bir nöqtədən, böyük partlayışdan söhbət getmir. Kainatın yoxdan, haqq və hikmətlə yaradılması, prosesin altı gün davam edtdiyi vurğulanır. “Binq Banq” nəzəriyyəsində isə milyard illərdən söhbət gedir. Zaman və məkan uyğunsuzluğu vardır.
Biz də düşünürük ki, Kainatın yaranması nəzəriyyəsində ZAMAN anlayışına xüsusi baxılmalıdır. Burada bir mürəkkəb, izaha ehtiyacı olan məsələ vardır. Quranda: “O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınız (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) ona döğru (Allah dərgahına) yüksələr” Səcdə surəsi (32),ayə 5. ; “Mələklər və ruh onun dərgahına (dünya ili ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar” məaric surəsi (70),ayə 4 .; “Rəbbinin dərgahında olan bir gün, sizin saydıqlarınızın (hesabladığınız vaxtın) min ili kimidir” Həcc surəsi(22), ayə 47. kimi ayələr vardır . Belə olan halda altı gün deyiləndə bizim qəbul, dərk etdiyimiz, yoxsa Tanrı dərgahındakı gün nəzərdə tutulur? Ikinci bir məsələ, əgər hələ heç nə yoxdursa, o cümlədən yer və Günəş yaradılmayıbdırsa, “gün” deyəndə bizim dərk etdiyimiz zaman müddəti , bir sutka, necə başa düşülə bilər?
Qeyd edək ki, ALLAHın zamana ehtiyacı olmadığını, ayələrin insanlara ünvanlandığını nəzərə alsaq, böyük ehtimalla, “gün” deyiləndə bizim qəbul etdiyimiz bir sutkaya bərabər zamandan söhbət gedir.
Digər təxminilikləri, qaranlıq məqamları qeyd etməzdən əvvəl, məntiq, sıfır və düz xətt haqqında yeni anlayışlar, fərziyyələr qəbul etməyimiz , fərqli baxışlar sistemi yaratmağımız zəruridir.
1. Təxmini, Kənar və Real məntiq.
Birdən sonra iki gəlir, Binar məntiq (Aristotel), birlə ikinin arasında çoxlu saylar vardır-qeyri səlis məntiqdir (Lütfüzadə). Qeyri səlis məntiq, birlə iki arasında çoxlu sayların olduğunu qəbul edir. Ancaq sual olunur, nə qədər?. təxmini məntiq birlə iki arasında olan say çoxluqlarını təxmini ortaya qoyur. Dürüst və Real məntiq isə, mümkün ola biləcək bütün say çoxluğunu, göstərir. Deməli, binar məntiq aşağı və yuxarı sərhəddləri, qeyri səlis məntiq bu aradakı çoxluqların olduğunu bildirirsə, təxmini məntiq- çoxluqların sayını təxminən göstərir. Dürüst, Real məntiq isə, hər şeyi real və dəqiq bildirir. QURANda dəfələrlə müxtəlif məsələlərə baxışda vurğulanır ki, “Daha doğrusunu və yaxşısını ALLAH bilir”. Bu o deməkdir ki, Real və dəqiq məntiq ALLAHa məxsusdur. ALLAHdan qeyriləri, o cümlədən insan təxmini məntiqlə düşünür.
Kənar Məntiq- məntiqimizin çevrəsi xaricindən ALLAHın real və dürüst məntiqinə qədər olan sahəni tutur. Təxmini məntiqdən sonra, onun çevrəsi sərhəddindən, real məntiqin sərhəddinə qədər aralıq məntiq kənar məntiqdir. Kənar məntiq- Doğru bildiklərimizin əksi olub, doğru olanlardır. Və ya ola bilməz, qanunauyğun hesab etmədiklərimiz, ancaq doğru olanlar Kənar məntiqdir. Məsələn, Kainat mütləq mənada sonsuz olsaydı Allah onu necə idarə edərdi? Və ya Allah sonunu bilmədiyini necə yaradardı? Yaradardımı? Demək bizim məntiqimizlə kainat sonsuzdu, işıq sürəti ən böyük sürətdir. Kənar məntiqlə kainat sonludur, daha böyük sürət vardır. Təxmini məntiq kənar məntiqə doğru inkişafdadır.
2. 0-sıfır haqqında: mütləq sıfır, gerçək sıfır.
Necə olur ki, sıfır hər hansı bir rəqəmin və ya ədədin sağında duranda onu on dəfə artırır, solunda duranda isə on dəfə azaldır? Yəni heç nə, var olmayan bir şey real var olanın sağında və ya solunda durmaqla onu necə artırıb-azalda bilər? bu parodoksu həll etmək üçün “Gerçək sıfır”-θ anlayışı qəbul edək. Əvvəlki sıfıra-0 isə “Mütləq sıfır” deyək. Mütləq sıfır heç nəyi ifadə edib, tək işlənsin - məs: 1-1=0. Gərçək sıfır isə var olmayanla, real var olanın arasındakı keçidi ifadə etsin. Bu o deməkdir ki, mütləq sıfırdan sonra gerçək sıfır gəlir. Gerçək sıfır real var olanın ən kiçik say vahididir, ilkidir. Ondan əvvəl heç nə yoxdur, boşluqdur, heçlikdir, yəni mütləq sıfırdır. 0,1və ya 10 yox, θ,1;1θ yazmaq daha doğru olar. Tək yazılan gerçək sıfır (θ) isə dediyimiz kimi ən kiçik sayı, real var olanı ifadə edir. Məsələn, okeandakı bir su molekulu orada olan ümumi su molekullarının gerçək sıfırını təşkil edir. Biz okeandan heç nə götürmürük, yəni bütün su yerində qalır. Bu zaman x-0=x. Bir molekul götürürüksə, x- θ ≠x yazmaq düzgün olar. Bir molekul götürmək, gerçək sıfır- ən kiçik hissə götürmək anlamına gəlir. Bu hissə, sıfırdan sonra gələn ən kiçik real var olandır. Sıfırdan sonra, birdən əvvəl ən kiçik var olan say gerçək sıfırdır. Gerçək sıfır yoxluqdan varlığa keçiddir: x+ θ ›x, x- θ ‹x, x* θ ‹x, x: θ ›x- ifadələri düzgün olar. Gerçək sıfıra bölmək olar. Bir sözlə, gerçək sıfır ifadəsi, özündə varlıqla yoxluğu birləşdirir. O yoxluğun gerçəkliyə, gerçəkliyin isə yoxluğa keçdiyi nöqtədir. Sıfır isə mütləq mənada yoxluğu, heçliyi ifadə edib, gerçək sıfırın solunu əhatə edir.
Əgər məkan və zaman yoxdursa, iki nöqtədən bir düz xətt keçirmək aksiomu illuziya deyil?. Illuziya deyilən şeylərin də bir hissəsi həqiqətdir. Mütləq illuziya yoxdur. Gerçək sıfır mahiyyətli illuziyalar ola bilər. Əslində sıfırın, heç nəyin özü mövcud deyil. Zaman, məkan, nöqtə və kainatın da heç vaxt mütləq mənada sıfır deyilən məqamı olmayıb, olmayacaq. Birdən ikiyə keçid realdır. Yəni iki dənə biri toplayıb iki almaq olar. Ancaq sıfırları birləşdirib, bir almaq mümkün deyil. Birdən aralanıb ikiyə doğru, ikinci var olana doğru çatmaq olar. Burada bir real istinad nöqtəsi ,var olandır. Ancaq sıfır real olmayandır. Ondan aralanıb, birə çatmaq mümkün deyil. Sıfıra istinad etmək olmaz. Bilinməyən, əslində olmayan bir nöqtədən bəlli nöqtəyə gəlmək olmaz. Riyaziyyatdakı bu təzad, sıfır zaman və məkan anlayışının yaranmasına səbəb olmuşdur. Həqiqətdə məkan da, zaman da heç vaxt sıfır olmamışdır.
3. Paralellik illuziyadır.
Digər Məqam: Eyni müstəvidə kəsişməyən düz xəttlər yoxdur. Çünki müstəvilərin mahiyyəti, düz xətlərin paralel olmasına imkan verməmək, onları mütləq bir nöqtədə kəsişməyə məcbur etmək xüsusiyyətinə malikdir. Əgər biz eyni müstəvidə kəsişməyən düz xətlər görürüksə, deməli olanlar həqiqət deyil, illuziyadır. Eyni müstəvidə düz xətlər varsa, onlar mütləq kəsişəcək, həqiqət nöqtəsi yaradacaqlar. Düz xətlər məhdud müstəvilərdə parelel görsənə bilərlər. Onlar da təxmini parelel olarlar. Mütləq parelellik mükün deyil. Digər səbəb isə odur ki, kaintda mütləq eynilik yoxdur. Təkrar, eyni məsafələr ola bilməz. Demək, düz xətlərin arasındakı məsafələr, müxtəlif nöqtələrdə eyni, mütləq bərabər ola bilməz. Müxtəliflik kainatın xilqətindədir. Kvadratın xaricinə çəkilmiş dairənin sahəsi, daxilinə çəkilmiş dairənin sahəsindən 2 dəfə böyükdür. Paralellik illuzya olduğu üçün, bu qanuna uyğunluq da təxminidir. Ümumiyyətlə, həndəsi qanuna uyğunluqlar təxminidir. Deməli kainatın həndəsi quruluşu açıq sistem olub, stabil formada yox, dinamik mahiyyətlidir.
4. Kainatın, məkan və zamanın forması
Yerdən şaqüli, yuxarı çıxan düz xətt, müəyyən nöqtədən-təxmini məntiqin bitmə nöqtəsi, kənar məntiq daxilində, daha dəqiq desək, real məntiqə yaxın məsafədən sonra əyilməyə başlayacaq. Çevrəni real məntiqə yaxın məsafəyə qədər genişləndirsək, düz xətt forması alacaqdır. Kainat düz xəttin çevrəyə, çevrənin də düz xəttə keçən formasındadır. Kainatda hər şeyin forması kürə şəkilini almağa meyillidir. Kürə forması var olanların ideal formasıdır. Kürə formasından başqa formalar, radikal formalardır. Kürə neytral, dayanıqlı formadır. Zamanın ideal forması isə da düz xəttdir. Kainat məkanla zamanın vəhdətindən formalaşdığı üçün, kainatın forması çevrənin düz xəttə, düz xəttin isə çevrəyə keçən periodik və dinamik formadadır.
Bərabər həcmli fiqurlar içərisində səthi sahəsi ən kiçik olan kürədir. Odur ki, səthi sıxılmağa, kiçiklətməyə çalışan səthi gərilmə qüvvəsi maye və qazları sıxaraq, maksiumum böyük həcmi, mümkün olan ən kiçik səthə malik kürə formasına salır. Deməli, bərk planetlər təkamüldə qaz və maye formalı mərhələləri keçmişdirlər.
Zamanın ideal forması düz xəttdir. Zaman gedir, mövcud olanlar qocalır. Sürətimiz zamanla bərabərləşsə, zaman bizim üçün dayanar, biz qocalmarıq. Sürətimiz zamanı keçsə, zaman geri qalar, mövcud olanlar gəncləşər. Geri qalmış zamanın, gəlib indiki zamana çatması, parelel zamandır və ya zamanın yanlara genişlənməsidir. Bəs zaman hara gedir?? Ümum kainat enerjisi, onunla birlikdə yaranan zaman qiyamətə doğru istiqamətlənmişdir. Qiyamətdən sonra, zaman və məkan başqa formaya düşəcəkdir. Zaman mövcud olanlardan, məkandan tez qiyamətə çatacaqdır.
5. Məhdud və qeyri məhdud sahələr, zaman, sürət. Qara dəliklərin mahiyyəti.
Bizə məlum olan hərəkət formalarının hamısı arası kəsiləndir. Yəni porsiyalarladır. Buna uyğun olaraq, məlum zaman formaları da porsiyalarladır. Elektrik, maqnit, cazibə sahələri də porsiyalarla olub, arası kəsiləndirlər. Bu fərziyyələr həqiqətdirsə, zamanın mütləq sükunət anları var və bu anlarda zaman dayanır. Məhz buna görədə zaman da porsiyalarladır. Eyni zamanda, hərəkətdə olan hər bir şeyin, məsələn, öz orbitində fırlanan Yer kürəsinin və digər fəza cisimlərinin də hərəkətinin sükunət anı, sıfır nöqtəsi vardır. Ancaq bunun əksi olan yəni, hərəkətin və zamanın heç vaxt sükunət, sıfır nöqtəsi olmayan formaları da vardır. Kainatda Zaman və hərəkətin arası kəsilməz, sükunət nöqtələri olmayan formalarını tapmaqla, işıq sürətindən böyük sürəti müəyyən etmək olar. Işıq sürəti arasıkəsiləndir və sükunət nöqtələri vardır. Arası kəsilən, sükunət nöqtəsi olan hərəkətin sürəti məhdudur. Işıq sürətini aşan sürət, qeyri məhdud sürətdir. Qeyri məhdud sürəti, arasıkəsilən deyil, tam, bütöv sahələr yarada bilər. Eyni zamanda yalnız tam, bütöv ,qeyri məhdud sahələr kütlə əmələ gətirə bilərlər. Arası kəsilən sahələr, kütlə əmələ gətirə bilməzlər. Qeyri məhdud sahələr elektrik, maqnit, nüvə və cazibə qüvvələrindən fərqli olaraq, qeyri məhdud təsirə, qüvvəyə malikdirlər. Qara dəliklərdə qeyri məhdud, bütöv sahələrin yaratdığı, qeyri məhdud kütlə və qüvvə vardır ki, bunların sayəsində orada kənar məntiqə uyğun enerji mühiti, zaman və məkan forması mövcuddur. Ora cəzb olunanaların yox olması, geri qayıtmaması, iz buraxmaması qeyri məhdud enerji, zaman və məkan mühitinə düşməsi nəticəsində qeyri məhdud dəyişməsidir. Qara dəliklər özləri isə, sönmüş ulduzlardan əmələ gələ bilməzdilər. Ona görə ki, ulduzlar özləri məhdud kütlə, enerji, qüvvə, sürət və s. parametrlərə malikdirlər. Qara dəliklər xüsusi orbitlərdir ki, mahiyyətində arasıkəsilməzlik, qeyri məhdudluq vardır. Yalnız belə olan halda, arası kəsilən, məhdud mahiyyətli sürətə və enerjiyə malik işıq kvantları orada yox ola bilərlər.
. Sükunət, sıfır nöqtəsi, hərəkət və zamanı ləngidən amildir. Arasıkəsilən sahə isə kütləni heçə endirir, məhdud qüvvə yaradır, zamanı tam dəyişə bilmir. Yəni işıq sürətində zaman və məkan başqa müstəviyə keçmir. Qara dəliklərdə isə keçir.
Qeyri məhdud sürət, zaman, enerji, sahə deyiləndə ölçünün sonsuzluğu deyil, arası kəsilməzlik, tamlıq nəzərdə tutulur.
Kainatın yaranması haqqında nəzəriyyələrdə digər təxminiliklər, qaranlıq məqamlar.
2. Nəticə həmişə səbəbdən fərqli olur
Partlayış zamanı fizika, ümumiyyətlə qanuna uyğunluqlar yaranmır, əksinə dağılır və pozulur. Odur ki, “Binq-Banq” riyaziyyatla da izah edilmir. Yaranma toplanmadan əmələ gələ bilər. Bütün canlı və cansız təbiətdə gedən prosesləri izlədikdə , bu bir daha aydın olur. Partlayışa səbəb güc lazımdır. Bu güc indiki kainatın mahiyyətinin cəminə bərabər və ya ondan böyük olmalıdır və nədənsə yaranmalıdır. Bu gücü yaradan başlanğıc, səbəb isə daha güclü olmalıdır. Məsələn 5, maksiumum 5-i əmələ gətirər, 6-nı yarada bilməz. Yaradılan, yaradanın tərkib hissi olub, həmişə ondan kiçikdir. Eyni zamanda, nəticə səbəbin tərkib hissəsi olub, həmişə ondan kiçik olmalıdır. Çünki, səbəb mütləq mənada nəticəyə sərf olunmur... Bu fərqə “səbəb itkisi” demək olar. Beləliklə, nəticə həmişə səbəbdən fərqli olur. Bütün hallarda, kainatın yaranmasına səbəb omuş başlanğıc, kompleks parametrlər üzrə, kainatdan böyük olmalıdır.
3. Nöqtənin mənşəyi və mahiyyəti məhçuldur.
“Binq Banq” nəzəriyyəsində sıfır zaman, məkan və enerjidən bəhs edilir. Sonra isə deyilir ki, yalnız çox kiçik nöqtə var idi. Bir-birinə əks fikirlərdir. Eyni zamanda qeyd etdik ki, məkan və zaman mütləq mənada sıfır ola bilməz. Sıfırdan, heç nədən heç nə əmələ gələ bilməz.
“Binq Banq” nəzəriyyəsinin iki böyük sübutu var: kainatın genişlənməsi və kosmik radiasiya fonunun- partlayışdan sonrakı qalıq, tullantının olması. İkinci dəlilə nəzər yetirək: əsaslandırırlar ki, “böyük partlama” nəticəsində kosmik radiasiya fonu yaranıb, milyard illərdir kainatda mövcudluğunu saxlayır. Bu nəticəyə gəlmənin əsasında enerjinin itməməsi məntiqi dayanır. Elə isə bu məntiqlə yanaşsaq, “böyük partlama”nın materialı olan bir kiçik nöqtənin enerjisi, kütləsi və s. yəni o nöqtənin bütün parametrləri indiki kainata bərabər olmalıdır. Plank uzunluğundan da kiçik hesab edilən O nöqtədə bu qədər güc, enerji haradan və necə toplanır? Necə oldu ki, nöqtə partladı? Mənşəyi, fiziki, kimyəvi, riyazi mahiyyəti bilinməyən bir nöqtədən kainatın yaranması təxmini məntiqin məhsuludur.
4. Kainatda periodiklik. Daimi genişlənməyin qeyri mümkünlüyü.
Kainatın genişlənməsi “Binq Banq” nəzəriyyəsinin onurğa sütunudur. İddia edilir ki, ulduzlar bizdən, eyni zamanda bir-birlərindən uzaqlaşırlar. Yəni kainat sürətlə genişlənir. Bu fikirin də məntiqi təxminidir. Məsələ burasındadır ki, kainatda proseslər periodikdir. Yəni kainat müəyyən zamanda genişlənə və ya yığıla bilər. Ancaq mütləq mənada daima, sürətlə genişlənə bilməz. Bu mümkün deyil. Əvvəla, belə olarsa, sistem tarazlığını itirib, dağıla bilərdi. Kainatdakı ulduzlar, qalaktikalar qravitasiya və digər qüvvələrin təsirindən rəqsi hərəkət edir. Bu rəqsi hərəkət dairəvidir. Ulduzlar və qalaktikalar öz orbitləri üzrə düz yox, ziqzaqlı hərəkət edərək, çox da böyük olmayan amplitudada rəqs edirlər. Kainatın forması isə, təxmini məntiqlə təssəvür etdiyimiz çevrə, dairə formasında deyil, real məntiqə yaxın məsafədə düz xəttin çevrəyə, çevrənin də düz xəttə çevrildiyi periodik və dinamikmahiyyətli formadadır.
Yelləncək müəyyən tarazlıq nöqtəsinə nəzərən irəli və geri hərəkət etdiyi kimi, ulduzlar və qalaktikalar da belə hərəkət edir. Onların bizdən uzaqlaşan anını müşahidə edən alimlər isə elə düşünür ki, kainat genişlənir. Əslində isə bu müvəqqəti haldır. Daimi uzaqlaşmadan söhbət gedə bilməz.
Burada çox sadə həqiqət vardır. Əgər kainat daima genişlənirsə, bu halda bütöv genişlənməlidir. Yəni, Kainatın bütün komponentləri bir-birinə nəzərən genişlənməlidir. O cümlədən, Günəş sistemi özü də genişlənməlidir. Yer kürəsi Günəşdən, Ay yerdən digər planetlər və peyklər də Günəşdən və bir-birindən uzaqlaşmalıdırlar. Ancaq həqiqətdə bu baş vermir. Əks halda planetlərin orbitləri öz mahiyyətini itirər, bunun nəticələri isə mütləq hiss olunardı. Eyni zamanda kainat durmadan genişlənirsə, onu genişlənməyə sövq edən, bu prosesi şərtləndirən enerji, qüvvə ulduzların, atom və molekulların diametrini də genişləndirməliydi. Bildiyimiz kimi, həqiqətdə bu hadisələrin heç biri baş vermir. Bir sözlə, kainatın genişlənməsi daimi, bir xətli deyil. Ulduzların və qalaktikaların mürəkkəb, kombinasiyalı hərəkət formalarından biridir. Nəhayət, qəbul etsək ki, kainat durmadan genişlənir, yenə məntiqsiz nəticəyə gəlirik. Genişlənən, mərkəzdən qaçan qüvvələr yaradıcı yox, dağıdıcı, məhvedici mahiyyətli olduğu üçün onların təsirindən heç vaxt kainat yarana bilməzdi.
Planetlər günəşdən ayrılıb əmlə gəlsəydilər, kütlələrinin artıb və ya azalan ardıcıllığı ilə düzülərdilər. Venera digər planetlərdən fərqli istiqamətdə fırlanmazdı..
Bütün bu təxminilikləri, qaranlıq məqamları aradan qaldırmaq üçün, bir biri ilə sıx əlaqəli, vəhdətdə olan yeni “Orbitlər “ və “Universal mövcudlq” nəzəriyyələrini irəli sürürük.
Orbitlər nəzəriyyəsi:
Planetlər Günəş ernerjisinin orbitlər üzrə yığılmasından, kütləyə çevrilməsindən əmələ gəlmişdir. Enerji işıq sürəti ilə yığılarsa, kütlə əmələ gələr. İşıq şüası planetlərin orbit xətlərini tam keçə bilmir. Orbitlər işıq şüasını hν-işıq porsiyasını, elektromaqnit dalğalarını tutub saxlayan “tor” rolunu oynayır. Nəticədə yığılan enerji kütləyə çevrilir. Atomun tərkibi işıq sürətilə hərəkət edən hν enerji porsiyasının orbitlərdə toplanmasından yaranmışdır. Günəşin özü isə hansısa daha böyük işıq, nur mənbəyindən əmələ gəəlmişdir. Kainat bu yolla zəncirvari əmələ gəlmişdir. Deməli, Kainatın başlanğıcı kiçik bir nöqtə deyil, əksinə, daha böyük enerji, nur, işıq mənbəyi olmuşdur. O, mənbənin kompleks parametrləri, indiki kainata bərabər və ya ondan böyük olmuşdur.
Cisim enerji yığınıdır. Enerji yığını isə cisimdir. Materiya ani olaraq parçalansa enerjiyə; enerji ani olaraq yığılsa, toplansa materiyaya çevrilər. Demək, materiya ani olaraq yığılan enerjidən əmələ gəlmişdir.
Enerjini ani sürətlə yığmağı “bacaran”, materiyaya çevirən isə orbitlərdir. Enerji yığınının mahiyyətindən, zaman və məkandan, başlıcası isə toplanma sürətindən asılı olaraq müxtəlif elementlər, cisimlər, planetlər yaranır. Arası kəsilən, məhdud sahələr yüksək sürətdə qeyri məhdud sahələr yaradır. Qeyri məhdud, arası kəsilməz sahələr kütlə və qeyri məhdud qüvvə yaradır. Elektromaqnit sahəsi arası kəsiləndir. Yüksək sürətli arasıkəsilən sahələr ani dayananda sıxlaşma, toplanma yaranır. Proses qeyri məhdud, tam, arası kəsilməyən sahələrin yaranmasına səbəb olur. Qeyri məhdud, arasıkəsilməz sahə isə, arasıkəsilməz enerjiyə malik olur. Bu enerji yığını kütlə deməkdir. Deməli, kütlənin arasıkəsilməyən, qeyri məhdud enerjisi, qeyri məhdud enerjinin isə kütləsi vardır. Qeyri məhdud dedikdə, arasıkəsilməyən, bütöv sahə, enerji nəzərdə tutulur. Elementərin təkamülü nüvə yükünün və atom çəkisinin artması, enerji yığınlarının toplanma sürətlərindən asılı olub, istiliyin udulması ilə müşahidə edilir. Cismin ani olaraq parçalanıb enerjiyə çevrilməsi isə istilik ayrılması ilə müşahidə edilir. Cisim və enerji bir-birlərini əmələ gətirmişlər. Proton və neytronların tərkibindəki kvarklar arasıkəsilən sahələrin sürətlə sıxlaşması nəticəsində əmələ gələn tam, qeyri məhdud sahələrə - Yəni bir cinsli, arasıkəsilməyən sahələrə malikdirlər. Bu sahələr kütlə əmələ gətirir.
Qısası, arasıkəsilən sahələrin yüksək sürətlə sıxılmasından , toplanmasından tam sahə, qeyri məhdud sahə yaranır ki, elementar zərrəciklərə kütlə verir. Kütlə, sıxlaşmış, arasıkəsilməyən sahələrin zamanla qarışılıqlı əlaqəsinin mövcudluq formasıdır. Sıxlaşmış sahə xüsusi mahiyyət alır. Elektronu çox seyrək, arası daha böyük olan sahələr əmələ gətirdiyindən kütləyə malik olmur.
Sürətli, arası kəsilən sahələr, Orbitlərdə ani dayandıqda, toplandıqda qeyri məhdud sahələrə, kütləyə çevrilir. Demək orbitlər birincidir. Orada materiya sintezi gedir. Proses sıxılma, toplanma mahiyyətlidir. Bu, sürətlənmiş protonların toqquşdurulmasından yaranan, əmələ gələn qısa ömürlü hiqqs zərrəciyindən fərqli prosesdir.
Hər bir işıq, nur mənbəyi müəyyən ölçüyə, enerjiyə çatanda ətrafında orbitlər olur. Bu ölçü, mənbənin “böhran” enerjisidir. Deməli, işıq mənbəyi böhran ölçünü, enerjini keçdikdən sonra ətrafında orbitlər formalaşır.
“Orbitlər” nəzəriyyəsini üç postulatla vermək olar:
-Günəşin və ya “böhran” enerjisini keçmiş başqa ulduzların ətrafında müəyyən enerjiyə, xüsusi elektromaqnit sahəsinə, stabil zaman və məkan ölçüsünə, sıxlaşdırma və sürətləndirmə potensialına malik stasionar səviyyələr – orbitlər vardır.
Orbitlər Günəşin (işıq mənbəyinin) – hν enerji porsiyalarını “tor” kimi tutaraq, sıxlaşdırır, tam, qeyri məhdud arasıkəsilməyən sahəyə çevirərək, proton, neytron, elektron, kütlə, materiya sintez edir. Və ona sürət verir ki, əmələ gələn materiya, planet orbitin sərhədləri daxilində müəyyən sürətlə hərəkət edir. Orbitlərdə sintez olunan materiya əvvəlcə qaz, sonra maye, daha sonra isə bərk quruluş almışdır. Yerin qurluşu buna sübutdur. Nüvə qaz,sonra maye qatı, daha sonra isə bərk qat...
Orbitlər Günəşlə (işıq mənbəyi ilə) öz aralarındakı münasibətlər sistemini (Günəş ətrafında orbitlər, orbitlər də planetlər) əmələ gətirdikləri materiyanın ən kiçik hissəciyinə köçürmək (atom daxilində-nüvə-orbitlər-elektronlar) xüsusiyyətlərinə malikdirlər.
Yaradılışın başlanğıcı ümumkainat enerjisi ilahi nur, işıqdır. Ulduzlar, Günəş başlanğıc nurun, işığın orbitlərində sintez olunması nəticəsində yarnmışdır.
Beləliklə, orbitlər birinci, ulduzlar və planetlər törəmədirlər. Hər bir orbit öz mahiyyətinə uyğun ulduzlar və ya planetlər – Merkuri, Mars, Venera, Yer və s. əmələ gətirir. Demək orbitlər sonradan yaranmayıb, materiyadan əvvəl mövcud olmuşdular.
Ulduzlar arasındakı mühit, orada olanlar, orbitlərdəki və fəza cisimlərinin daxilində gedən proseslərin ,aralarında olan münasibətlərin təsirindən yaranmışdır. Mövcudluq sırası belədir: ALLAH, ALLAHIN istəyi və “var ol!” kəlamı, bundan yaranan ilahi güc, ümum kainat enerjisi, ilahi nur. Ümum kainat enerjisi, İlahi nur başlanğıc orbitləri yaratmışdır. Orbitlərdə ulduzlar, ulduzların isə öz orbitləri yaranmışdır. Orbitlərdə kainatın sintezi zəncirvari getmişdir.
Universal Mövcudluq Nəzəriyyəsi:
Hər bir mövcud olanın müəyyən enerjisi vardır. Bu təkcə canlı və cansızlara aid deyil. Olmuş, indi olan və olacaq cisim və hadisələrə, proseslərə, fiziki, kimyəvi, riyazi, bioloji qanunlara, yaradılan və yaradıcılara, ümumiyyətlə hər bir şeyə aiddir.
Məsələn: ay, ağac, kulon qanunu, ildırım çaxma hadisəsi, yaradılmış yaxşı bir əsər- yəni mövcud olan hər bir şeyin öz enerjisi, aurası-onun mövcudluğuna səbəb olan, onu ehtiva edən, informasiyanı özündə saxlayan “bir şey” vardır. Bunun adını qoyaq “Var olma enerjisi”. Sual yaranır: “var olma enerjisi” əvvəl yaranıb, yoxsa var olanlar? Cisim, hadisə, qanun, yaradılanlar birincidir, yoxsa onlara məxsus, “var olma”enerjiləri? Var olma enerjisi yaradıcıdır, törəmədir?
Var olanlar nəticə olduğundan onları törədən səbəb – var olma enerjisi birinci olmalıdır.
Universal mövcudluq nəzəriyyəsini bir neçə postulatla verməyə çalışaq:
Kainatda hər nə mövcuddursa, ümumkainat var olma enerjisinin çevrəsi daxilindədir. Çevrə o deməkdir ki, kainat sonsuz deyil .Kainat düz xəttin çevrəyə, çevrənin də düz xəttə keçdiyi açıq, dinamik formadadır. Bu keçid forması sonsuzdur. Zaman buna görə mövcuddur. Kainatın sonu real məntiq daxilindədir, gerçək sıfırla bitir. Zaman məkandan öncə mövcuddur. Çünki var olma enerjisi mövcudluqdan öncə olmuşdur. Zaman isə, ümumkainat var olma enerjisinin daxilində yaranmışdır. Təbii ki, söhbət kainatın zamanından gedir. Kənar məntiq zamanı başqadır. TANRI dərgahında isə zaman və məkan tamdır. Bu o deməkdir ki, TANRI Adəm və Həvvanı bizimlə birgə görə bilər.
Hər bir mövcudluğun var olma enerjisi, ümumkainat var olma enerjisinin tərkib hissəsi olub, ondan yaranmışdır, onun müstəvisində yerləşir. Xüsusidir (dalğa uzunluğu və s.parametrləri təkrar olunmazdır), ümum kainat enerjisi ilə eyni zamana, ömürə malikdir. Var olma enerjisi kürə formasındadır. Deməli, hər bir mövcud olan xüsusidir. Təkamül, mövcud olanların bir birinə çevrilməsi- sürünənlərdən quşların əmələ gəlməsi – anlamına gəlmir. Hər bir mövcud olan, ömrü boyu təkamül edir, ibtidaidən aliyə inkişaf edir. Lakin, öz xətti üzrə. Yəni, quş inkişaf edib, elə quş kimi qalır, məməliyə çevrilmir. Palıd inkişaf edib, palıd kimi qalır, çinara çevrilmir. Mövcud olan hər bir şey, ömrü boyu təkamül etməyə, mənasının pik nöqtəsinə çatmağa məhkumdur. Çünki, ümumi təkamül bunu zəruri edir . Əksinə, mövcudluğun bir birinə çevrilməsini qəbul etsək,var olma enerjilərinin də bir birinə çevrildiyini qəbul etməliyik.. Bu isə, hər şeyin öz özünə, nizamsız yaranması anlamına gəlir.
Mövcud olmaq üçün hər bir şeyin var olma enerjisinin “Ana bətninə” ehtiyacı vardır. Planetlərin “Ana bətni” orbitlərdir (güclü əsərlərin “Ana bətni” dahilərin beyni, müharibələrin bəşəriyyətdəki təzadların çoxluğu, dərinliyi və s.). Ancaq canlı, cansız, hadisələr, kəşflər, dahi əsərlər və s. – bütün mövcud ola bilənlərin var olma enerjisi ümumkainat var olma enerjisinin müstəvisində olub, onun bir elementidir və əvvəldən vardır. Orbitlər “Ana bətni” kimi, ora düşən hν kvant porsiyalarının tərkibində olan planetin var olma enerjisini mövcudluğa çevirər. Torpaq nəhəng palıdın var olma enerjisini özündə saxlayan qozanı mövcudluğa çevirər.
Var olma enerjisinin gerçək sıfırı-ən kiçik quruluş vahidi kvant porsiyasından (hν) kiçik olub, onu yaratmışdır. Gerçək sıfır mövcudluq zamanı da plank zamanından kiçik olub, onu əmələ gətirmişdir.
Var olma enerjisinin, var olanın mahiyyətinin, mövcudluq zamanının (ömrünün) gerçək sıfırı, bunların əmələ gətirdiyi ümumkainat var olma enerjisinin mahiyyəti, zamanı ALLAHIN “var ol” kəlamının törəməsidir, qüdrətinin inikasıdır. Yaratmaq əmrinin – (səbəbinin) nəticəsi, təzahürüdür. “Var ol” əmrindən, istəyindən, yəni bu kəlamdan kainat başlanğıc götürmüşdür. “Var ol” başlanğıc işıq, nur, səbəbdir. Bu kəlamdan, ümumkainat enerjisinin hansı mexanizmlə yaranması, məntiqimizin, elmimizin dərki xaricində olub, real və dürüst – İLAHİ məntiq çevrəsindədir.
Var olma enerjisinin nə zaman mövcudluğa çevrilməsi, ümumkainat enerjisi yaranandan qiyamətədək olan zaman xəttində “zəncirvari təkamül zəruriliyi” prinsipi ilə düzülmüşdür. Zəncirvari təkamül zəruriliyi, var olma enerjilərinin, ibtidaidən aliyə prinsipi ilə mövcud olma ardıcılığıdır. Yəni, əvvəl “daş atan” insan, sonra “tüfəng atan” insan mövcud olmuşdur... Mövcud olma ardıcıllığının pozulması, möcüzə və ya katastrofa deməkdir. Məs: yer günəşdən, Həvva adəmdən əvvəl mövcud olsaydı... Nə olardı?? Bütün var olma enerjiləri, qiyamətə qədər mövcudluq mərhələsini keçəcəklər. Qiyamət, var olma enerjilərinin mövcudluq növbəsinin qurtarması və yeni müstəvidə hər birinin, eyni zamanda mövcud olması deməkdir.
Mövcud olan hər bir şeyin var olma enerjisinin bir hissəsi onun ətrafında sahə yaradır. Hər bir mövcud olanın ətrafında var olma enerjisindən törəmiş mövcudluq sahəsi vardır. Bu sahə digər mövcud olanlara, o cümlədən insana təsir edir, müxtəlif siqnal vasitələri ilə hiss olunur: Məs: baş vermiş bədbəxt hadisənin mövcudluq sahəsi, uzaqda olan insan tərəfindən hiss edilir, hiss edirsən ki, bir azdan kimisə görəcəksən, bu o deməkdir ki, o şəxsin mövcudluq sahəsi sənə yaxınlaşır.
Universal Mövcudluq Qanunu
Real mövcud olan ,var olma enerjisi və mahiyyəti ilə düz, zamanın (ömrünün) kvadratı ilə tərs mütənasibdir.
V ≈ Q
Təqribilik onu göstərir ki, varolma enerjisinin hamısı mövcudluğa çevirilmir. Müəyyən hissəsi mövcudluğun ətrafında məxsusi sahə yaradılmasına sərf olunur.
V- real mövcud olan
Q- mövcudluq əmsalı
E- varolma enerjisi
M- mahiyyət
T- zaman, mövcudluq ömrü.
E- var olma enerjisi, var olanın əbədi (qiyamətədək) dəyişməz enerjisidir ki, mövcudluq zamanında, ondan əvvəl və sonra da vardır. Dəyişməzdir, mövcudluqdan əvvəldir, onun törədəndir. Sabitdir,hər bir mövcud olan üçün xüsusidir. Buradan belə çıxır ki, heç nə izsiz yoxa çıxmır . Məs: İldırım çaxır, onun səsi , işığı,enerjisi yoxa çıxmır, kainatda hansısa formada qalır.
Q- mövcudluq əmsalı hər bir mövcud olanın ən kiçik mahiyyətinin ən kiçik ömrünə olan nisbətidir.
Var olanın gerçək sıfır (heçlikdən ilk sonra, varlıqdan əvvəl, yoxluqla varlığın keçid forması) mahiyyətinin gerçək sıfır ömrünə (yarandıqdan sonra keçən ən kiçik zaman) olan nisbətini ifadə edir. Hər bir mövcud olanın öz mövcudluq əmsalı vardır.
T- ona görə kvadratla verilir ki, mahiyyət və mövcudluq əmsalının zamana ehtiyacı vardır. Hər bir mövcud olanın varolma enerjisi E =
VT² = EQM – yəni, varolanın öz ömrünün kvadratına olan hasili, mövcudluq əmsalının var olma enerjisinin və mahiyyətinin bir-birinə olan hasilinə bərabərdir.
Bəzi maraqlı fərziyyələr.
Var olma enerjisini öncə görənlər hiss edib, keçmişdə və gələcəkdə bəzi mövcud olanlar haqda məlumat verə bilərlər. Bunun üçün, o insanlarda üçüncü siqnal sistemi inkişaf etməlidir.
Var olma enerjisini tapmaq tibbdə (o cümlədən, xərçəng xəstəliyi), hərb də böyük əhəmiyyətə malikdir.
Varolma enerjisini bloklayıb, mövcudatı görünməz etmək olar. Eləcə də cismin üzərinə düşən şüaları sürüşdürməklə, onu görünməz etmək olar.
Varolma enerjisini translasiya etməklə, bir var olanı, mövcud olanı eyni anda başqa məkanda göstərmək olar. Çox güman ki, yad plannetlilər bu cür translyasiya, proyeksiyalar sayəsində kainatlar arası məsafələri keçə bilirlər (əgər onlar varsa).
Bir daha Hiqqs Bozonu haqqında
Böyük Hadron Toqquşdurucusunda – BHT (Large Hadron Callider-LHC) Sürətlə toqquşdurulan protonlardan əmələ gələn, çox kiçik zamanda görsənən hiqqs bozonu hesab edilən elementar zərrəcik, mövcudluğun əsasını təşkil edə bilməz.:
Birinci- çox qısa zamanda mövcud olur. Yəni, zamana güc gələ bilmir, zaman onu əridir. Mövcud olmaq üçün zamanla uyğunlaşmaq və ya ondan güclü olmaq başlıca şərtdir. Ümumkainat enerjisi ilə birlikdə yaranan, müxtəlif varolma enerjiləri zamanla uyğunlaşanda (bərabər olanda) və ya ona güc gələndə mövcud olurlar. Buna mövcud olmanın “münbit zamanı” yaxud, “mövcudolma növbəsi” deyə bilərik. Hər bir mövcud olan, öz varolma enerjisinin zamanla bərabər və ya ondan güclü olan halında “münbit zaman” nöqtəsinə yetişir, yəni növbəsi çatır və mövcud olur. Gələcəyə istiqamətlənmiş zaman oxu var olma enerjisinin yanına çatıb, bərabərləşir. Var olma enerjisi mövcudluğa çevrilir. Hər bir mövcud olanların ömrü, zamanın sürətindən kiçik olduğu üçün zaman oxunda geriyə hərəkət edib, qocalır.Bütün bunlar isə təkamül zəruriliyi prinsipi müstəvisində olur. Buradan bir nəticə də çıxır ki, zaman dəyişən hallara düşür, sabit deyil. Getdikcə gücsüzləşən və güclənən, enerjisi artan və azalan formada, yəni, periodikdir. Kainatda hər şey periodikdir. Sanki kainat elementar zərrəciyindən tutmuş, bütövlüyünə qədər bir nöqtə ətrafında aşağı, yuxarı rəqs edir. Və bu rəqsə, periodikliyə səbəb o nöqtənin öz mahiyyətindən doğur. Həmin nöqtə ALLAHIN “var ol” kəliməsinin enerjisinin mərkəzidir... Kainatın quruluşu, zamanın məkan, məkanın zaman törətməsidə periodikdir. Sahələr və hərəkət də periodik, arasıkəsilən, zolaq-zolaqdır. Mövcudluq tamamən periodikdir. Qiyamətin zamanı- hər bir şeyin varolma enerjisi ilə bərabərləşib, onların yenidən mövcud olmasını şərtləndirəcək. Qiyamətin zamanı, ən yüngül, ən münbit zaman anlamına gəlir.
Hiqqs bozonu hesab edilən elementar zərrəcik zamanla bərabərləşə bilmədiyindən, maddi ola bilmir, mövcudluq halına gəlmir. Çünki, ümumkainat enerjisində varolma enerjisinin payı yoxdur.
Ikincisi- mövcudluq toqquşmadan, partlamadan, dağılmadan və ya donmadan deyil, toplanmadan, uzlaşmadan əmələ gələr. Orbitlərdə sürətlə yığılan enerjinin cəmləşməsindən, sahələrin sıxlaşmasından yaranır.
Üçüncüsü- Proton vardırsa, demək mövcudluq vardır. Hiqqs bozonu, təkamül zəruriliyi xəttində protondan əvvəl olmalıdır... Belə olan halda biz protondan daha kiçik, gücsüz, ömrü az olan hissəciyi necə mövcudluğun əsası hesab edə bilərik? Axı onu yaradan və ondan güclü olan daha əvvəl var olubdur. Yəni, biz alma ağacını deyil, almanı yaradıcı hesab etməliyik? Bir şey həqiqətdir ki, toqquşma və partlama deyil, toplanma, cəmləşmədən mövcudluq yarana bilər.
Dördüncüsü- Daha bir məsələ: protonları sürətləndirmək üçün əlavə enerji lazımdır. Və proses zaman daxilində gedir. Demək, Hiqqs bozonu mövcudluğun əsası, kütlə verən və “Tanrı zərrəciyi” ola bilməz. Çünki əzəli deyil, törəmədir, törəmə yarada bilməz .Hiqqs bozonu hesab edilən elementar zərrəcik protonla əlaqəsi olmayan, onun bir hissəsi olmayan, əvvəldən sərf olunmuş enerji ilə dayanmış hərəkətin, yox olmuş sürətin, yüksək sürət ilə hərəkət edən varolma enerjilərinin qarşılıqlı əlaqə formasıdır. Yüksək sürətin və başlanğıc enerjinin varolma enerjiləri. Adi sürətdən fərqli olaraq yüksək sürət özü izsiz yox ola, dayana bilməz. Yüksək sürət ani dayanarsa, iz buraxmalıdır.
Beşinci- başlıcası LHC –də müşahidə edilən hiqqs bozonu periodik mahiyyətə malik deyil. Yox olduqdan sonra yerində heç nə buraxmır. Zaman ona tam “əridir”. O mövcud ola və “yeni” yarada bilməz. Tanrı zərrəciyi, kütlə verən bu qədər mürəkkəb şərtlər, əlavə güc hesabına əmələ gəlməməlidir. Çünki, o şərtlər və güc, özü elə mövcudluqdur.
Elementar zərrəcikləri toqquşdurmaqla ,materiyanın kütlənin mənbəyini tapmaq mümkün deyil. Kütlə qeyri məhdud, arası kəsilməyən sahənin dalğa və zərrəcik ( dualizm) xassəli enerjisinin zamanla qarışılıqlı əlaqəsinin mövcudluq formasıdır. Praktiki təcrübələr işıq sürətli məhdud, arasıkəsilən sahələri toplayıb, sıxlaşdırıb arasıkəsilməyən, qeyri məhdud sahələr yaratmaq istiqamətində aparılmalıdır. Və orbitlərin funkusiyasını yerinə yetirə bilən, xüsusi mühit yaradılmalıdır.
Şərhlər