Sabah Bakıda və rayonlarda yağış yağacaq

09.10.2016 14:17     Sosreaksiya     902

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 14-17° isti, gündüz 20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, sabah gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar