Aşura günü Nardarana giriş məhdudlaşdırıldı, qeydiyyatı olmayan ziyarətçilər qəsəbəyə buraxılmadı
12.10.2016 12:46 Sosreaksiya 985
Nardaran qəsəbəsində Aşura günü bu il bir qədər fərqli şəkildə qeyd olunur. Hazırda ölkənin ən böyük ziyarətgahların biri olan Nardarandakı Rəhimə xanım ziyarətgahına yalnız bu qəsəbənin sakinləri gedə bilirlər. Nardaran qeydiyyatı olmayan vətəndaşlar isə qəsəbənin girişində qurulmuş postdan buraxılmır.
Qeyd edək ki, Aşura günü ilə bağlı Nardarana çəkiliş üçün gedən "Yeni Müsavat" qəzetinin, eləcə də APA xəbər agentliyinin əməkdaşları da qəsəbəyə buraxılmayıb.
Nardaranın girişində qurulan polis postlarında vətəndaşların vəsiqələri yoxlanılır. Bu qəsəbədə qeydiyyatı olanların avtomobilləri və əsasən də yük yerləri yoxlanaraq içəri buraxılır.
Qeydiyyatı olmayanlar isə geri qaytarılır.
Əməkdaşımızın verdiyi məlumata görə, sözügedən ərazidən yüzə yaxın ziyarətçi geri qaytarılıb. Polis əməkdaşları ziyarətçilər arasında mübahisə də yaşanıb.
Polis əməkdaşları bildiriblər ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi göstərişi var. Nardaran qeydiyyatı olmayan kimsə qəsəbəyə girə bilməz.
Şərhlər