İran-Azərbaycan sərhədini pozan türk tutuldu
14.10.2016 00:17 Sosreaksiya 1153
Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tədbirlər nəticəsində Beyləqan rayonun 2-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İran-Azərbaycan dövlət sərhədini pozmuş Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Kisalar Bağış Bayram oğlu saxlanılıb.
Virtualaz.org DSX mətbuat mərkəzinə istinadən bildirir ki, ondan 97 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları, 12 ədəd psixotrop həb, 1 ədəd noutbuk, 3 ədəd mobil telefon, saxta olması ehtimal edilən 5000 (beş min) rus rublu, iki ədəd pasport və müxtəlif bank kartları götürülüb.
Məlum olub ki, B. Kisalar 2012-ci ildə rəsmi qaydada Azərbaycana gəlib. Ölkə ərazisində yaşama qaydalarını pozduğundan 2016-cı il yanvarın 9-dan Azərbaycana girişinə məhdudiyyət qoyulub.
B.Kisalar 09.10.2016-cı il tarixdə rəsmi qaydada Türkiyədən İrana keçib, bir gün sonra yerli bələdçilərin köməkliyi ilə oradan Azərbaycana göndərilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər