Milli Şuranın rəhbərliyi "Bandotdel"ə çağırıldı

14.10.2016 14:01     Sosreaksiya     957

Demokratik Qüvvələrin Milli Şurasının bir çox üzvü oktyabrın 14-də DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb.
 
Turan-ın məlumatına görə onların arasında Eldəniz Quliyev, Gözəl Bayramlı, Oqtay Gülalıyev, Nurəddin Məmmədli, həmçinin Müsavat Partiyasının başqanı Arif Hacılı var.
 
Çağırışın səbəbləri açıqlanmayıb. Təkcə onu deyiblər ki, “mühüm məsələyə görə çağırılırlar və bu məsələ telefonla müzakirə olunmur”.
 
 

Şərhlər

Çox oxunanlar