Canlı bombanın kimliyi dəqiqləşdi - Türkiyədə

22.07.2015 16:38     Sosreaksiya     767

Alagözün canlı bomba olması DNT testi nəticəsində dəqiqləşib

 

32 nəfərin həyatını itirdiyi Suruç teraktını Adıyamanda qeydiyyatda olan 20 yaşlı Şeyh Əbdürrəhman Alagöz həyata keçirib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “haberler” saytı yayıb.

Məlumatda deyilir ki, Alagözün canlı bomba olması DNT testi nəticəsində dəqiqləşib.

Hücumda kimliyi müəyyən edilməyən ikinci bir şübhəli qadın da ortaya çıxıb.

Cəsədi parçalanan bu qadının kimliyi araşdırmalardan sonra bəlli olacaq.

Canlı bomba olduğu dəqiqləşən Alagözün anası dünən verdiyi bəyanatda bu ifadələri işlədib: "6 ay öncə qardaşı ilə Antepə işə gedəcəyini dedi. Nə iş görəcəyini soruşdum. “Gedəndə taparıq” cavabını verdi. Atası və mən maddi vəziyyətimiz pis olduğu üçün qəbul etdik. Antepə gedəndən sonra zaman-zaman bizi axtarırdı. Yaxşı olduqlarını və işlədiklərini deyirdilər. Harada çalışdıqlarını yenə də demədilər. Son olaraq bayramdan iki gün öncə görüşdük. Yaxşı olduqlarını dedilər. Bayramda isə bizi aramadılar. Polislər uşaqlarımın harada olduğunu soruşdu. Mən də bildiyimi danışdım. Nə olduğunu soruşdum, mənə bir şey demədilər. Məhəllədəki qonşularım oğlumun internetdə olduğunu dedilər. Nə olduğunu hələ də öyrənə bilmədim. Atası yük maşını sürücüsüdür. Heç kəsdən məlumat ala bilmirik”.

Şərhlər

Çox oxunanlar