Putin “Windows”la “Linux”un arasında qalıb

22.07.2015 18:12     Sosreaksiya     2799

Rusiyada internet sektorunu “Microsoft”dan asılılığının qarşısını almaq və İKT - nin "milli yolda"  irəliləməsini təmin etmək məqsədi ilə çox əhəmiyyətli bir təklif Rusiya prezidenti Vladimir Putinə təqdim edilib. İnformasiya və Rabitə Nazirliyi tərəfindən hazırlanan layihədə Rusiyada dövlət dairələrindəki kompüterlərdə “Microsoft” şirkətinin “Windosws” proqramlarının yerinə “Linux” sisteminə keçilməsi təklif olunur.

Rəsmilər “Linux”un proqram kodlarının hamının pulsuz istifadəsinə açıq olduğunu, bu sayədə Rusiyada İKT sektorunun bu əsas üzərində inkişafının daha asan olduğunu iddia edir. “Windows”un “Microsoft”a aid xüsusi kodlarının əksinə, fin əsilli Amerikalı proqramçı Linus Torvalds tərəfindən inkişaf etdirilən “Linux”un bütün kodları hər kəsə açıqdır.

Putinə təqdim edilən hesabatda 2017 – ci ilə kimi 10 min dövlət idarəsində, 2019 – cu ilə kimi isə bütün dövlət müəssisələrində “Linux”dan istifadəni zəruri hala gətirmək təklif olunur.

Şərhlər