AKP-nin binası qarşısında partlayış

22.07.2015 23:02     Sosreaksiya     810

Türkiyənin Hatay şəhərində iqtidar partiyası olan AKP-nin binası qarşısında partlayış olub.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “İHA” agentliyi yayıb.

Hadisə Bakı vaxtı ilə saat 21.00 radələrində Hatayın İsgəndərun rayonunda qeydə alınıb. Zibllərin zibildaşıyan maşına yüklənməsi zamanı partlayış baş verib.

Həmin vaxt Hatay millət vəkili Mehmet Alğan gənclər təşkilatları ilə məşvərət toplantısı keçirirmiş.

Hadisədən sonra şəhərin mərkəzində panika baş verib, əraziyə çox sayda polis dəstəsi sövq edilib.

Hazırda partlayışın nədən qaynaqlandığı öyrənilir.

Şərhlər