“Siz tək deyilsiniz! Biz sizinləyik” kitabı ictimaiyyətə təqdim olunub
01.11.2016 09:00 Sosreaksiya 1094
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsibdə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və aidiyyatı olan bir sıra dövlət qurumlarının, eyni zamanda gənclərin iştirakı ilə növbəti dəfə Dəyirmi Masa yığıncağı keçirilərək, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr aparılaraq davam etdi.
Layihənin rəhbəri Şəhla Qarayeva tədbiri açıq elan edib, qonaqları salamlayıb və layihə haqqında qonaqlara məlumat verib ki, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsini həyata keçirməklə aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində cəmiyyətimizdə olan problemləri aradan qaldırmağı qarşıya məqsəd qoyub.
Şəhla Qarayeva həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də, mövcud problemlərin həlli üçün ictimai birliklərin, mətbuatın və fəal vətəndaşların dəstəyindən yararlanmaq dövlətimiz və cəmiyyətimiz üçün faydalıdır.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün onların yaşayışını diqqətdə saxlamaqla sosial təminatını müntəzəm olaraq yaxşılaşdırmağa çalışmalıyıq. Lakin təəssüflər olsun ki, uşaq evlərində, internatlarda yaşayan doğmaları tərəfindən unudulmuş insanlarımız hələ də çoxdur. Buna görədə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Siz tək deyilsiniz! Biz sizinləyik”, Tənha insanlara sosial və psixoloji dəstək layihəsini həyata keçirməyi qarşıya məqsəd qoymuşuq.
Layihədə nəzrdə tutulmuş tədbirlər proqramına uyğun olaraq bu biz aidiyyatı olan hökümət, tanınmış Qeyri-Hökümət və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə növbəti Dəyirmi Masa keçirirərək, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr apararaq, bu yönümdə qarşıda olan problemlər aşkarlayıb, eyni zamanda problemlərin həll yolları müzakirə etmək üçün yığışırıq.
Tədbirdə layihə çərçivəsində çap olunmuş SİZ TƏK DEYİLSİNİZ BİZ SİZİNLƏYİK! Kitabı iştirakçılara təqdim olundu.
Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər “ Fondunun prezidenti, Səhiyyə QHT-ları Koalisiyasının sədri Sərraf Orucov, “Qürur Şəhid Ailələrinə Xeyriyyə” İctimai Birliyinin sədri Naibə Behbidova, Azərbaycan Jurnalist Qadınları Assosiasiyasının sədri Sevil Yusifova, “Müvəkkil Hüquq Mərkəzi”nin sədri Səməd Vəkilov, QHT.az elektron informasiya agentliyinin rəhbəri Cəsarət Hüseynzadə və başqa QHT, KİV nümayəndələri həyata keçirilən “Siz tək deyilsiniz! Biz sizinləyik” Tənha insanlara sosial və psixoloji dəstək layihəsini və layihə çərçivəsində çap olunmuş kitabı müsbət qiymətləndirərək layihədə qaldırılmış problemlər haqqında maraqlı təkliflər verdilər.
Şərhlər